Akrobatika gimnastikası üzrə Azərbaycan millisi dünya kuboku seriyasında yüksək nəticələr əldə edib.
Fanat.Az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü müvafiq olaraq Bolqarıstan, Portuqaliya və Polşada gümüş, qızıl və bürünc medal qazanaraq dünya kuboku seriyasının ümumi nəticəsinə əsasən kuboka layiq görülüblər.
Digər gimnastlar Ağasif Rəhimov və Raziyə Seyidli isə Bolqarıstanda qızıl, Portuqaliyada gümüş, Polşada yenidən qızıl medal qazanaraq ötən il qazandıqları dünya kuboku seriyasının qalibi adını bu il də qoruya biliblər.
Onlar 12-15 sentyabr tarixlərində Portuqaliyanın Gimarayş şəhərində keçiriləcək dünya çempionatında mübarizə aparacaqlar.