11:40 11.04.2020 1243

Baş məşqçi: "Azərbaycanda insanlar Prezidentə qulaq asır, ona hörmət edirlər"

Qadın idman gimnastikası üzrə Azərbaycan millisinin polşalı baş məşqçisi Pşemislav Lis ölkəsinin mətbuatına müsahibə verib. Həmin müsahibəni təqdim edir...

- Hazırda Bakıda həyat necədir?
- Burada hər yer bağlıdır. Evdən çıxmaq tamamilə qadağandır. Küçəyə istənilən çıxış yalnız hökumətin razılığı ilə mümkündür. Xüsusi nömrəyə SMS göndərməlisiniz. Yalnız razılıq aldıqdan sonra gedə bilərsiniz.

- Hara getdiyinizi bildirmək lazımdır?
- Bəli. Seçim üçün 4 məntəqə var: mağazaya, aptekə, xəstəxanaya getmək, dəfn mərasimində iştirak etmək. Cavabı gözləyib, razılıq aldıqdan sonra evi tərk edə bilərsiniz. Ailədən yalnız bir nəfər bunu edə bilər. Küçələrdə polislər var və qadağanı pozanları saxlayırlar. Lakin burada insanlar Prezidentin tapşırıqlarına əməl edirlər. Ona qulaq asır, hörmət edirlər. Prezident hər kəsin 100 faiz maaş alacağını deyib. Buna görə də insanlar sakit və minnətdardırlar.

- Daim məşq etdiyiniz mərkəzdə qala bilməzdiniz?
- Xeyr. Daimi mərkəzimiz - Tokio Yay Olimpiya Oyunlarına hazırlaşdığımız oteldə qalmaq imkanımız olsa da, bizi oradan çıxarmalı oldular. Düşünürdük ki, daimi hazırlıq üçün özümüzü bu formada təcrid edə bilərik. Təəssüf ki, alınmadı. Federasiya məni başqa mehmanxanaya köçürdü. Hazırda burada özümü təcrid etmişəm. Ən yaxşı oyunçum evinə gedə bilmir. Burada dostları ilə qalır. Onlarla mesencer vasitəsilə əlaqə saxlayıram.

- Bu vəziyyətdə Polşaya qayıtmaq istəmədiniz?
- Burada özümü təhlükəsiz hiss edirəm. Buna görə də qayıtmağı düşünmədim. Məlumdur ki, həssas məqamlarda ailə, onları ziyarət etmək barədə düşüncələr yaranır, amma mənə elə gəlir ki, Azərbaycanda qalmaq düzgün qərar idi.

- Başçılıq etdiyiniz qrup nə dərəcədə böyükdür?
- Qadın idman gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisiyəm. 15 idmançı ilə, həmçinin məktəb və klubda işləyirəm. Burada intizam baxımından yaxşı inkişaf var. Xeyli azyaşlı uşaq məşq edir. Ən yaxşı gimnastlar arasında iki böyük və eyni sayda azyaşlı idmançım var. Ona görə də bir ulduzla – Marina Nekrasova ilə hər şeyi sıfırdan qururam.

- O, həqiqətənmi ulduz idmançıdır və Azərbaycanda kifayət qədər məşhurdur?
- Bəli, o, ulduz idmançıdır. Buna baxmayaraq, insan kimi çox təvazökardır. Azərbaycanda çox məşhur və hörmətli idmançıdır. Oyunçular və məşqçilərin sayəsində hər uğurdan sonra xüsusi görüşlər təşkil olunur. Polşada isə hər zaman nə isə çatışmır: işə böyük hörmət, maliyyə sabitliyi, yaşayış və təhsil dəstəyi.

- Necə oldu ki, Azərbaycan millisinə başçılıq etməyə başladınız?
- Hər şey 2018-ci ildə Dohada keçirilən dünya çempionatı vaxtı başladı. Həmin vaxt Polşa millisinin məşqçisi idim. Azərbaycan seçməsinin meneceri məni söhbətə dəvət etdi və vəziyyəti başa saldı. Onlar əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər. Tanışlıq üçün Bakıya iki həftəlik dəvət etdilər. Dekabrda idmançıların necə məşq etdiklərini, idman qurğularının və bazaların necə işlədiyini görmək üçün Bakıya gəldim. Marina ilə ilk görüşümü xatırlayıram. Dedim ki, ilk həftədə sən mənə məşqlərini göstərəcəksən, ikinci həftədə isə mən öz iş prinsipimlə səni tanış edəcəyəm. Ona Tokioda yarışmaq istəyib-istəmədiyini soruşdum. Dərhal gözlərindəki qığılcımı gördüm və qərara aldım ki, bu işlə məşğul olacağam. Yadımdadır, federasiya rəhbərliyi birtərəfli bilet almağımı, Polşaya qayıtmamağımı istəyirdi. Amma mən ailəm və yerli federasiya ilə danışmaq niyyətində idim.

- Polşa millisində qalmağa cəhd etmədiniz?
- Azərbaycanda nəyə nail ola biləcəyimi müəyyənləşdirdim. İşə hörmət, yaxşı münasibət və yeni imkanlar gördüm. Təkcə pula görə deyil, öz inkişafım üçün də təklifə müsbət cavab verdim. Çünki bu, daha vacibdir.

- Mariya sizin başçılığınız altında Tokio olimpiadasına vəsiqə qazandı. Bu isə o deməkdir ki, planlar gerçəkləşir. İdmançınızın olimpiya medalını qazanmaq şansı var?
- Mariya vəsiqəni ötən ilin oktyabrında dünya çempionatında çoxnövçülük üzrə qazandı. İndi isə olimpiadaya hazırlaşırıq. O, hər şeydə ən yaxşı deyil, amma tullanmada imkanları genişdir. Bu növdə Tokioda yaxşı nəticə qazanacağına ümid edirik. 2019-cu il bizim üçün çox uğurlu oldu. Mariya iki dəfə Dünya Kubokunu qazandı, Universiadanın qızıl medalına sahib çıxdı. Bax, buna görə Tokio olimpidasını bu qədər çox gözləyirdik. Bir az da gözləməli olacağıq.

Koronavirus Bakıdakı Dünya kubokunu yarımçıq dayandırılmasına səbəb oldu. İdmançılarımdan biri finala yüksəlmişdi. Aprelin sonlarında Parisdəki Avropa çempionatında iştirak etməyi planlaşdırırdıq. Amma bilirik ki, bu yarış da olmayacaq. Hazırda bizim üçün ən önəmlisi sağlam olmaqdır. (Report.az)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

Facebookdan bizi izləməyi unutmayın.
X