2017-ci ildə keçirilən London marafonunun qalibi – keniyalı Daniel Vanciru antidopinq qaydalarını pozduğuna üçün müvəqqəti olaraq bütün turnirlərdən kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bu haqda yüngül atletikada xoşagəlməz hallarla mübarizə aparan orqan - AIU məlumat yayıb.
Vancirunun qadağan olunmuş preparatlarlardan istifadə etdiyi ilə bağlı ciddi şübhələr var. Mənbə 27 yaşlı idmançıya qarşı qaldırılan ittihamların əsaslı olduğunu açıqlayıb.
Keniyalı yüngül atletin 2016-cı ildə baş tutan Amsterdam marafonunda da qalib olduğunu xatırladaq.
Fanat.Az