Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə komandası baş məşqçi, ikiqat paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplatısında iştirak edir.
Fanat.Az xəbər verir ki, idmançılarımız 14 – 21 mart aralığında para-atletika idman növü üzrə lisenziya xarakterli Qran Pridə iştirak etmək üçün 16 nəfərlik heyətlə martın 13-ü Tunisə yola düşəcəklər.