İdman gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımızın adları bilinib.
Fanat.Az xəbər verir ki, 21-25 apreldə idman gimnastikası üzrə İsveçrənin Bazel şəhərində Avropa çempionatı keçiriləcək.
Bu yarışda Azərbaycanı beş idmançı təmsil edəcək. Bunlar Nikita Simonov, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Milana Minakovskaya və Marina Nekrasovadır.
Qeyd edək ki, bu idmançılardan İvan Tixonov və Marina Nekrasova artıq Olimpiadaya lisenziyanı təmin edib.
Fanat.Az