10:36 22.04.2021 1089

EOC azərbaycanlı gimnastdan yazdı

Avropa Olimpiya Komitəsi (EOC) Azərbaycan bədii gimnastı Zeynəb Hümmətovaya həsr olunmuş məqalə dərc edib.

Fanat.Az Azərbaycan Milli Olimpiya Komitəsinə (MOK) istinadən xəbər verir ki, EOC-un rəsmi saytındakı məqalədə 21 yaşlı gimnastın Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanan komandanın tərkibində yer aldığı qeyd olunub.

MOK-un təşəbbüsü ilə EOC-un saytına təqdim olunan yazıda Hümmətova idmançı karyerasından, idmanın insanda tərbiyə etdiyi xüsusiyyətlərdən və qadının idmanda iştirakından bəhs edib.

Gimnast bildrib ki, bu il əsas məqsədi olimpiadada Azərbaycanı layiqincə təmsil etməkdir. Milli komandanın üzvü 6 yaşından, valideynlərinin istəyi ilə məşğul olduğu bədii gimnastikanın həyatının ayrılmaz hissəsinə çevrildiyini söyləyib.

Müsahibədə gimnast milli komandanın tərkibindəki karyerasının maraqlı hekayəsini danışıb. Yığmanın heyətində 10 yaşında çıxış etdiyi dövrlərdə zədəli olmasına baxmayaraq, o, yarışlarda fəallıq nümayiş etdirdiyini və təslim olmadığını sözlərinə əlavə edib. Hümmətovanın sözlərinə görə, əzmkarlığını milli komandanın baş məşqçisi Mariana Vasileva görərək, çox bəyənib və milli komandaya çağırıb. Baş məşqçi həmçinin zədəsinin sağalması üçün idmançıya bərpa dövrü keçməsini tövsiyə edib. İdmançı 12 yaşında yenidən milliyə dəvət edilib və yığmanın tərkibində məşq etməyə başlayıb.

Müsahibəsində "Biz qadınlar hər bir çətinliklə mübarizə aparmağı bacarırıq” deyən Hümmətova düşünür ki, məqsədyönlü olub çalışdığın halda, idman qadınlar üçün çətin bir sahə deyil. Onun özü də malik olduğu bir çox xüsusiyyətlərə – əzmkarlığına, məqsədyönlülüyünə, çətinliklərə qarşı mübarizliyinə, dözümlülüyünə, dünyagörüşünə görə idmana minnətdardır.

Hümmətova idmanın onda formalaşdırdığı xarakter barədə də fikirlərini bölüşüb: "Ümumiyyətlə, idman insanda çox güclü xarakter yaradır. Çünki bütün çətinliklərə, günün necə keçməsinə baxmayaraq, mən xalçaya çıxanda fikirləşirəm ki, ölkəmi təmsil edirəm və hazırda özümü necə hiss etsəm də, Vətənimə borcluyam. Çalışıram ki, ölkəmi layiqincə təmsil edim. İdman insanı daha güclü edir”.

Qeyd edək ki, Zeynəb Hümmətova ilk böyük uğurunu 2018-ci ildə qazanıb. O, komandanın tərkibində Avropa çempionatında iştirak edib və bürünc medala layiq görülüb. Hümmətova 2019-cu il dünya çempionatında uğurla çıxış edərək Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 2020-ci il Avropa çempionatında iki bürünc, bir gümüş medal qazanan gimnast hazırda Avropa çempionatlarının dördqat mükafatçısı, bir sıra Dünya kuboklarının medalçısıdır.

MOK Azərbaycan idmançılarının maraqlı həyat hekayələri, Azərbaycan Olimpiya tarixinin şanlı səhifələrindən bəhs edən məqalələrin EOC da daxil olmaqla, bir çox beynəlxalq nüfuzlu idman media platformalarında yayımlanması istiqamətində işləri davam etdirir.
 
Fanat.Az 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Avqust 2026
09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

21:54

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

21:14

"Everton" Kristian Nyorqor transferində razılıq əldə etdi

20:53

Tofiq Musayev slovakiyalı döyüşçünü məğlub etdi

20:37

PSJ "Ayaks"ın ulduzunu istəyir

20:05

Azərbaycanın 4 güləşçisibeynəlxalq turnirdə medal qazanıb

19:32

Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub

18:44

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb

18:12

Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar

17:06

Brandt "Borrussiya"nı "Ayaks"a dəyişdi - RƏSMİ

16:40

MY Holl üçün rəsmi təklif göndərəcək

16:24

"Komo" "Çelsi"nin müdafiəçisini almaq üzrədir

15:49

Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək

15:22

"Fənərbağça" UEFA-ya göndərdiyi siyahıda dəyişiklik etdi

14:54

Salah "Trabzonspor"a keçə bilər - Maaşı açıqlandı

14:26

Flik ispan hücumçunun "Barselona"dan mümkün gedişinə belə münasibət bildirdi

13:51

AFFA-da Frank De Blekere dönəmi bitdi - RƏSMİ

13:25

Messi və Nəriman üz-üzə

12:54

"Barselona" Bisivunu heyətinə qatdı - RƏSMİ

12:27

"Barselona" Qoretskanı rənglərinə bağlamaq niyyətindədir

11:42

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyunlarının hakimləri açıqlandı

11:07

Avropa nəhəngi "Ayaks"ın vingerini alır

10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

Facebookdan bizi izləməyi unutmayın.
X