Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası İsraildə keçirilən Qran-Pri turnirində fərqlənib.
Fanat.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzandan ibarət milli çoxnövçülükdə bürünc medal qazanıb.
Qeyd edək ki, qrup hərəkətləri komandamız Tokio 2020-də də iştirak edəcək.
Sahib Əsədbəyli