Azərbaycanın aerobika gimnastları İtaliyanın Pezaro şəhərində Avropa çempionatında iştirak edəcək.
Fanat.Az xəbər verir ki, yarışda ölkəmizi Vladimir Dolmatov, Nurcan Cabbarlı və Dilarə Qurbanova təmsil edəcək.
Qeyd edək ki, sentyabrın 17-dən 19-dək baş tutacaq qitə çempionatında 22 ölkədən 226 idmançı mübarizə aparacaq.