"Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Liverpul" üzərində qazandıqları qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, onun dediklərini "Football Italia" belə çatdırıb:
"Bu, Atalanta tarixi və Liverpula bu cür həvəslə gələn bütün azarkeşlər üçün möhtəşəm nəticədir. “Enfild”də Avropa Liqasının 1/4 finalında oynamaqdan çox qürur duyuruq və bu nəticə həmişəlik bizimlə qalacaq. Həmişə mükafatlar qazanmaq mümkün deyil, amma klubun tarixinə düşmək çox xoşdur".
Qeyd edək ki, tərəflərin cavab qarşılaşması aprelin 18-də Berqamoda keçiriləcək. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat