İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldu oğlu kiçik Kriştianuya mobil telefon işlətməyi qadağan edib.
Fanat.Az xəbər verir ki, bu barədə portuqaliyalı hücumçu "Derby.it" nəşrinə açıqlama verib.
37 yaşlı hücumçu qadağanın səbəbini belə izag edib: "Oğlumu hər şeylə təmin edə bilərəm. Amma mən istəyirəm ki, çəkdiyi zəhmətin qədrini bilsin. Ciddi və zəhmətkeş insan olsun. Oğlum bilməlidir ki, xoşbəxtlik üçün nələrisə qurban vermək lazımdır. Davamlı olaraq məndən mobil telefon işlətmək üçün icazə istəyir. Mən isə "yox" deyirəm və hələ tez olduğunu bildirirəm".
Qeyd edək ki, kiçik Kriştianu hazırda "Mançester Yunayted"in akademiyasında çıxış edir.