"Bizim düşmən ölkədə nə işimiz var?!".
Bunu Fanat.Az-a sambo millimizin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək dünya çempionatına qatılıb-qatılmayacağı ilə bağlı sualı cavablandırarkən Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov deyib.
Yeddiqat dünya çempionu mundialda iştirakın mümkün olmadığını bildirib:
"Çox böyük ehtimalla biz ora getməyəcəyik. Belə götürəndə, bizim düşmən ölkədə nə işimiz var?! Nə vaxt ki, ərazi bütövlüyümüzü tanıyarlar, onda baxarıq bu məsələlərə".
Qurum rəhbəri yaxın gələcəkdə analoji yarışın Azərbaycanda keçirilə biləcəyini diqqətə çatdırıb:
"Bakıda indiyədək Avropa çempionatı keçirilib. Çalışdığımız odur ki, yaxın gələcəkdə dünya çempionatına da ev sahibliyi edək".
Qeyd edək ki, builki dünya çempionatının 10-12 noyabrda keçirilməsi planlaşdırılır.
Sahib