"Barselona"nın sabiq müdafiəçisi Jerar Pike ispan model Klara Çiadan ayrılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Telecinco" yayıb.
Yazılanlara inansaq, Pike Şakira ilə 10 il davam edən münasibətlərinə son qoyan Klaranı məhz sabiq sevgilisi üçün darıxdığına görə tərk edib. Mənbə veteran müdafiəçinin Milan və Saşa adlı övladlarının Şakira ilə daha çox vaxt keçirməsinin də həlledici məqam olduğunu vurğulayıb.