"Real Madrid"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Mançester Siti"ni oyunsonrası penaltilərlə məğlub etmələrindən danışıb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin dediklərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Bu axşam, çox yaxşı müdafiə olunduq. Ölüm-dirim mübarizəsiydi. "Real" elə klubdur ki, çıxılmaz vəziyyətə düşdüyü güman ediləndə belə, çıxış yolu tapır. Penalti seriyaları başlayanda yolumuza davam edəcəyimizə əmin idik".
Qeyd edək ki, ilk oyunda 3:3 hesablı bərabərliyə razılaşan tərəflərin İngiltərədəki duelinin əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən (4:3) "Kral klubu" adını yarımfinala yazdırıb.
Nihat