"Mançester Siti"nin müdafiəçisi Ruben Diaş komandasının Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Real Madrid"ə oyunsonrası penaltilərlə uduzaraq mübarizəni dayandırmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:
"Bilmirəm nə deyim. Oyun ərzində "Real" üzərində dominantlıq etdik. Qol epizodlarımız oldu. Mübarizə aparsaq da, imkanlarımızdan yaralana bilmədik. Bu gün bizim günümüz deyildi. Bəzən top tora qovuşur, bəzən də yox.
İndi diqqətimizi digər turnirlərə yönəltməliyik. İstirahətə çox vaxtımız yoxdur. Psixoloji cəhətdən güclü olmalıyıq. Mövsümün ən gərgin dönəmidir. Hələ iki turnirdə mübarizəni davam etdiririk".
Xatırladaq ki, birinci görüşdə 3:3 hesablı bərabərliyə razılaşan tərəflərin İngiltərədəki duelinin əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən (4:3) İspaniya nəhəngi adını yarımfinala yazdırıb.
Nihat