Ağır atletika üzrə gürcüstanlı ikiqat Olimpiya çempionu Laşa Talaxadze yeni dünya rekordu müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, +109 kq çəki dərəcəsində mübarizə aparan 28 yaşlı idmançı buna Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında nail olub.
O, birdənqaldırmada 225, təkanlaqaldırmada 267 kiloqram çəkinin öhdəsindən gələrək toplamda 492 kq nəticə göstərib və beləliklə, karyerasında beşinci dəfə mundialın baş mükafatını qazanıb. Hər üç göstərici yeni dünya rekordu kimi tarixə düşüb.
Qeyd edək ki, əvvəlki rekordlar (223+265=488) da idmançının özünə məxsus olub.