10:53 22.01.2023 541

"Bunu bacaraq, sonra sizinlə danışarıq" - "Səbail"in müdafiəçisi

“Səbail”in müdafiəçisi Adil Nağıyevin Fanat.Az saytına müsahibəsi

– Antalyada təşkil olunan təlim-məşq toplanışı necə keçdi?

- Toplanış yüksək səviyyədə keçdi. Düzdür, Türkiyədə qələbə qazana bilmədik. Amma yoxlama oyunlarında nəticə elə də vacib olmur. Rəqib komandalar həqiqətən həm səviyyəli, həm də güclü idilər. Biz fiziki məşqlərdən sonra yorğunluq fonunda meydana cıxırdəq. Çalışdıq ki, məşqçinin verdiyi tapşırıqları meydanda ən yaxşı şəkildə yerinə yetirək. Bu baxımdan, yaxşı oyunlar keçirdik.

– Qış fasiləsində komandada baş məşqçi dəyişikliyi oldu. Şahin Diniyevin gəlişindən sonra “Səbail”də nə dəyişib?

- Ən əsası komandada ab-hava çox dəyişib. Onun da öz futbol fəlsəfəsi, tələbləri var. Baş məşqçini tədricən daha yaxşı başa düşürük. Şahin müəllim məşqdən kenarda futbolçularla çox yaxşı ünsiyyət qurub. Biz indi ailə kimiyik.

- Mövsümün əvvəlində "Səbail"ə transfer olunsan da, çempionatın ilk yarısını icarə əsasında "Şamaxı"da keçirdin. Bölgə təmsilçisi son dövrlər qənaətbəxş nəticələri ilə diqqət çəkirdi. Oyununuz düzəlmişkən, niyə döndün? 

- Orada qala bilərdim. Sadəcə, yeni məşqçi məni heyətdə görmək istəyirdi. Həm də Şamaxıda ailəmdən uzaq idim, çətinlik çox olurdu. Belədə danışdıq, razılaşdıq. Sağ olsun "Şamaxı" rəhbərliyi, məşqçilər heyəti, ayrılmağıma şərait yaratdılar.

- Yayda "Səbail"dən ayrılmağının səbəbi qaranlıq qalmışdı. Səni transfer etsələr də, "Şamaxı"ya göndərdilər. Keçmiş baş məşqçi Mahmud Qurbanovla problemin var idi?

- Əslində Mahmud Qurbanovun istəyi ilə klubla 2 illik müqavilə imzalamışdıq. O, komandada qalmağımı istəyirdi. Sadəcə, Gürcüstanda təlim-məşq toplanışındakı oyunlarda mənə şans vermədi və planlarına daxil olmadığımi bildirdi. Mən əvəzedici komandada oynamaqdansa, başqa bir kluba gedb inkişaf etməyi istədim və "Şamaxı"nı seçdim.

- Bu mövsümlə bağlı hədəfiniz nədir? Rəhbərlik sizdən nə istəyir?  

- Hədəf odur ki, sonuncu yerdə qalmayaraq daha yuxarı pillələrə qalxaq. Bildiyiniz kimi, kubokda yarımfinaldayıq. Finala çıxmaq istəyirik. İnşallah, həlledici oyuna çıxaq, bu barədə sizinlə yenə danışarıq. 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

21:03

AL: "Qarabağ" Bolqarıstan klubunu qəbul edir - YENİLƏNİR

21:02

KL: "Zirə" Estoniya səfərində - YENİLƏNİR

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X