12:17 06.02.2023 2751

“Ciddi təklif olsa, “Ayntraxt”ı “Kəpəz”ə dəyişə bilərəm” - MÜSAHİBƏ

Azərbaycanın U-17 və U-19, həmçinin, Hindistanın U-17 yığmalarında işləmiş, "Kəpəz"in sabiq çalışdırıcısı PRO kateqoriyalı məşqçi Etibar İbrahimov Almaniya "Ayntraxt"ı ilə əməkdaşlığını davam etdirir. Frankfurt təmsilçisinin Çində fəaliyət göstərən akademiyasına təyinat alan 45 yaşlı təcrübəli mütəxəssisin teziklə bu ölkəyə yollanacağı gözlənilir. Hazırda Gəncədə olduğunu bildikdən sonra onunla əlaqə saxlamaq qərarına gəldik.

İbrahimov Fanat.Az-a müsahibəsində bir sıra mətləblərə aydınlı gətirdi.
 
- Etibar müəllim, öncə “Ayntraxt”la əməkdaşlıq və gələcək planlarınız haqda danışaq.
 
- Vaxtı ilə Azərbaycanda çalışmış Nikolay Adamla iş planı əsasında sıx əlaqələrimin olması mənim tez-tez Almaniyaya səfər etməyimlə nəticələnirdi. Elə alındı ki, PRO kateqoriyasının xarici klublarda təcrübə keçmək tələblərindən birini də məhz bu ölkədə yerinə yetirdim. Prosesə Almaniya futbolunun və “Verder” klubunun əfsanəsi Tomas Şaaf rəhbərlik edirdi. Digər ustad dərsini isə Sankt Peterburq şəhərində portuqaliyalı mütəxəssis Andre Villaş-Boaşdan almışam. Görünür futbola baxışım və bu sahədəki çalışqanlığım almanları qane etdiyi üçün mənimlə uzunmüddətli əməkdaşlıq etmək qərarına gəldilər. Dünyanın müxtəlif ölkələrində, xüsusən də ABŞ və Hindistanda almanlarla birgə çalışmışam. Son olaraq klub məni Çinə göndərmək qərarı verdi. ABŞ-da şəxsi işlərimi tamamladıqdan sonra Çinə yollanmalı idim. Lakin hazırda orda tüğyan edən koronavirus planları bir qədər təxirə salıb. Çinin hava məkanı bağlı olduğu üçün bu ölkəyə səfərim ertələnib. İndi doğma şəhərim Gəncədəyəm və hadisələrin necə cərayan edəcəyini gözləyirəm.
 
- Bir müddət sizi “Kəpəz”in baş məşqçisi postunda da gördük.
 
- Bəli, karyeramda belə bir təcrübə də var. 2018-2019 mövsümündə doğma komandamın “sükanı arxası"nda olmuşam. Danışıqlara əsasən, növbəti mövsüm “Kəpəz” Yükəsk Liqaya vəsiqə qazanmalı idi. Lakin sonradan rəhbərliyin planları dəyişdi. Komanda növbəti mövsümü də Birinci Divizionda mübarizə aparmaq məcburiyətində qaldı ki, mən də bitmiş müqaviləmin müddətini uzatmayaraq yenidən Avropaya qayıtdım.
 
- Hazırda Gəncədə olmağınız həm də o deməkdir ki, “Kəpəz”i yaxından izləyirsiniz...
 
- Əlbəttə. Düzdür, daha çox diqqətimi əvəzedicilərə və aşağı yaş qruplarında olan komandalara yönəltmişəm. Yerli məşqçilərlə tez-tez görüşüb müəyyən fikir mübadiləsi aparırıq. Onlarla öz təcrübəmi bölüşürəm və eyni zamanda komandada çalışan təcrübəli məşqçilərdən nəsə öyrənməyə çalışıram. Təbii ki, əsas komanda da diqqətimdədir. "Kəpəz"də vəziyət o qədər də ürəkaçan deyil. Bu da komandanın çıxışına öz təsirini göstərir. Ümid edirəm ki, tezliklə vəziyyət müsbətə doğru dəyişəcək.
 
- “Kəpəz” autsayderlər qrupunda yer alıb. Mövsümü aşağı pillələrdə keçirir. Bununla bağlı nə deyə bilərsiniz?
 
- Qış fasiləsinə qədər olan dövr haqda ümumiyətlə danışmaq istəmirəm. Deyiləcək əlavə bir şey görmürəm. Bu istiqamətdə hər şey aydındır. Bundan sonra da proseslərdə müəyyən "axsamalar" var. Bunu mən demirəm, turnir cədvəli deyir. Yəqin hardasa boşluqlara yer verilib. Gəncədə işləməyin öz incəlikləri var, bir çox xarici detallara fikir vermək onları nəzarətdə saxlamaq lazımdır. Kənardan gələn məşqçilər də daha çox bu istiqamətdə "axsayırlar". Hesab edirəm ki, “Kəpəz”də işləməzdən əvvəl bu prosesə intensiv hazırlaşmaq lazımdır.
 
- “Kəpəz” bu mövsüm artıq 1 məşqçi dəyişib. Komandanı əvvəl Yaşar Vahabzadə, indi isə Tərlan Əhmədov çalışdırır. Onlar haqda nə düşündüyünüz maraqlıdır...
 
- Hər ikisi Azərbaycan futbolunda sözünü demiş adamlardı. Həm Yaşar Vahabzadə, həm də Tərlan Əhmnədov istər futbolçu, istərsə də məşqçi kimi ortaya ciddi nəticələr qoyublar. Bunu danmaq olmaz. Lakin “Kəpəz”də işləmək kimi bir perespektivin arxasında bir sıra meydandankənar amillər var ki, bunları nəzərə almaq vacibdir. “Kəpəz” digər klublarımızla müqaisədə daha çox müzakirə olunur və əsasən ictimai klub kimi qəbul edilir. Burada həm azarkeşlərin, həm də veteranların marağı daim diqqətdə saxlanılmalı və nəzərə alınmalıdır. Ola bilər ki, belə bir addım hansısa məşqçinin fəlsəfəsi ilə uyğun gəlməsin. Bu da peşəkarlığın bir hissəsidir. Bunu qəbul etmək də olar, etməmək də.Təbii ki, vəziyyət nəticədən asılıdır. Nəticə olmadıqda isə narazıçılıq yaranır və getdikcə şişir. Bunu biz hazırda müşahidə edirik. Komanda axırıncı yerdədirsə, Gəncədə ciddi təzyiqlər olacaq. Buna qarşı hansısa müdafiə mexanizmi və ciddi əsaslar olmalıdır. Əks-halda, problemlər qaçılmazdır.
 
-Bir mütəxəssis kimi, klub rəhbərliyinin fəaliyəti sizi qane edirmi?
 
- Bu gün klubun rəhbəri İlqar Nadiri işinə çox peşəkar yanaşır. Hər kəsin öz işi ilə məşğul olmasının tərəfdarıdır, bu siyasəti yeridir. Özü belə işləyir, ətrafındakılardan da bunu tələb edir. Heç kimin işinə qarşımır. Öz üzərinə düşən işi görməyə çalışır ki, onun da öhdəsindən gəlir. Klub ətrafında ideal mühit yaranıb. Qidalanma, sağlamlıq, bərpa prosesləri, yerləşdirmə hamsı yüksək səviyədədir. Xaricdə təlim məşq toplanışı keçirilir. Maaşlar vaxtında verilir. İstər Yaşar Vahabzadə, istərsə də Tərlan Əhmədovun istədiyi bütün futbolçular komandaya cəlb olunur və ya göndərlir. Kasad büdcə ilə bu gün bu klub qış fasiləsində əsas heyətdə 6-7 dəyişiklik edə bilirsə, bu, artıq böyük bir iş deməkdir. Məlum qalmaqallar fonunda klub rəhbərliyi vəziyyəti düzəldə bilirsə, bu, artıq peşəkarlıq deməkdir. Mən öz adımdan həm İlqar Nadiriyə həm də Mehman Allahverdiyevə göstərdikləri peşəkarlığa və çəkidkləri əziyyətə görə təşəkür edirəm. Bu insanlar bir birini tamamlayaraq öz üzərlərinə düşən işi layiqincə yerinə yetirirlər və heç kimin fəaliyətinə müdaxilə etmirlər.
 
- Bəs şəxsən siz təcrübəli mütəxəssis kimi çıxış yolunu nədə görürsüz?
 
- Bu gün bir günü, bir turu belə havaya sovurmaq olmaz. Rəhbərlik, eləcə də məşqçilər korpusu çox diqqətli olmalıdır. Sonuncu pilləni tutmamaq uğurunda 5 klub mübarizə aparır. Zərurət yaranarsa, çox diqqətli olmaq və ciddi dəyişikliklərə getmək lazımdır. Paraelel olaraq da Komandanın gəncləşdirilməsini və gəncəliləşdirilməsini də dayandırmaq olmaz. Bu istiqamətdə də müəyyən yanaşma formalaşdırmaq lazımdır. Mən bu gün Xaliq Mərdanova təşəkkür etmək istəyirəm. Onun sərəncamından qısa zamanda “Şamaxı”ya 2, “Kəpəz”in əsas komandasına isə 7 futbolçu gedib. Lakin buna baxmayaraq "Kəpəz 2" liderlər qrupunda mövqeyini gücləndirməkdədir. Mən daha 3 futbolçunun da adını qeyd etmək istərdim. Hansılar ki, Premyer liqya layiq oyun nümaiş etdirirlər. Bunlar Röyal Əhmədov, Nemət Musayev və Cavad Kərimzadədir. Tezliklə bu futbolçuların da əsas komandaya yüksəlişinə şahidlik edə bilərik. Ümid Səmədovu da unutmaq olmaz. Hazırda sağlamlığını bərpa etməklə məşğuldur. İnanıram ki, tam sağaldıqdan sonra tezliklə əvvəlki formasını yığaraq yenə inamlı çıxış etməyə davam edəcək.
 
- “Kəpəz”dən təklif gəlsə qəbul edərsiniz?
 
- Hər bir məşqçinin arzusudur ki, Premyer Liqada komanda çalışdırsın. Xüsusən də “Kəpəz” kimi bir komandanı. Amma bu gün klubun baş məşqçisi var və bu haqda danışmaq etik normalara uyğun deyil. Həm də mənim hazırda “Ayntraxt”la müqaviləm var. Ancaq gələcəkdə ciddi təklif olsa, “Ayntraxt”ı “Kəpəz”ə dəyişə bilərəm

Rafael

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

Facebookdan bizi izləməyi unutmayın.
X