
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan "Gent" klubu Türkiyəyə dəstək olub.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Belçika təmsilçisi Türkiyədəki dağıdıcı zəlzələdə zərər çəkmiş şəxslərlə həmrəy olduğunu bildirib.
Həmrəylik və mərhəmət əlaməti olaraq, "Ghelamco Arena" Türkiyənin bayrağının rəngində işıqlandırılıb.

Xatıladaq ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə baş tutacaq.
Mirağa