
"Kəpəz"in yarımmüdafiəçisi "Qarabağ"la oyun (1:1) barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, nigeriyalı futbolçu klubun mətbuat xidmətinə lideri büdrətdikləri görüşlə bağlı bunları deyib:
“Möhtəşəm oyun oldu. Görüşü 90 dəqiqə ərzində izləyənlər yəqin ki, darıxmadılar. Qarşılaşmadan, meydandakı mübarizədən zövq aldılar. Çempionatın lideri ilə görüşdə qazandığımız bir xal yaxşı nəticədir. Xala layiq idik. Çünki meydanda sərf etdiyimiz gücün, əziyyətin sayəsində nəticə qazandıq. Biz hazırkı mövqeyimizdən daha yaxşısına layiq oyun nümayiş etdiririk. Mübarizə əzmi yüksək, nəticəyə istəkli olan kollektivimiz var.
Meydana həmişə qələbə üçün çıxırıq. Bəzən alınmır, amma sonuncu oyunumuzdan üç xalla ayrıla bilərdik. Qol vurmaq üçün imkanlarımız oldu. Oyuna da yaxşı hazırlaşmışdıq. Baş məşqçinin tapşırıqlarını məşqlərdə lazımınca yerinə yetirmişdik. O, bizi yaxşı motivasiya etmişdik. Məncə, möhtəşəm çıxış etdik”.
Bərabərlik qolunun müəllifi olan 28 yaşlı oyunçu vurduğu qoldan qısa danışıb: “Vurduğum qol barədə çox danışmaq istəmirəm. Mükəmməl zərbə alındı. Komandama nəticə qazandırdığı üçün müəllifi olduğum zərbəyə daha çox sevindim”.
Ahmed Ayzaya sonda fanatlara mesaj da göndərib: “Azarkeşlər qələbələrə hazır olmalıdırlar”.