11:24 07.02.2023 578

“Neftçi” “Zirə”dən uzaqlaşdı, “Sabah”ın təqibi davam edir - Tura baxış

Misli Premyer Liqasında XXI turun oyunları bir-birindən maraqlı nəticələrlə yadda qaldı.

“Kəpəz”in “Qarabağ”ı Gəncədə büdrətməsi “Sabah” üçün liderə yaxınlaşmaq fürsəti yaratdı. Masazır təmsilçisi “Səbail”i böyük hesabla məğlub etməklə bu fürsəti əldən buraxmadı. “Zirə”ylə “Qəbələ”nin heç-heçə oynaması isə “Neftçi”nin işinə yaradı. “Ağ-qaralar” üçüncü pillədəki yerini xeyli rahatlayıb.

“Kəpəz” – “Qarabağ” 1:1
Qollar:
Ahmed Ayzaya, 49 - Musa Qurbanlı, 24

“Kəpəz”: 68. Orxan Sadıqlı 74. Yusif Nəbiyev (k) 14. Elçin Əlicanov 77. Fərid Nəbiyev 3. Abdulla Rzayev 40. Ahmed Ayzaya 9. Mate Kvirkviya 78. Yeqor Xvalko 7. Giorgi Kantariya 21. Martins Junior 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 71. Mario Mustapiç 8. Tural Axundov 80. Tural Rzayev 70. Nicat Süleymanov 5. İdris İnqilablı 27. Samir Məhərrəmli 97. Nicat Məmmədov 20. Mahir Həsənov 44. Nihat Fərəci 66. Arzu Atakişiyev
Baş məşqçi: Tərlan Əhmədov 

“Qarabağ”: 89. Amin Ramazanov 5. Maksim Medvedev (k) 2. Qara Qarayev 77. Ramil Şeydayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 9. Musa Qurbanlı 81. Kevin Medina 6. Julio Romao 99. Redon Cica 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili 20. Riçard Almeyda 19. Filip Ozobiç 55. Bədavi Hüseynov 4. Rahil Məmmədov 18. İsmayıl İbrahimli 27. Toral Bayramov 90. Nəriman Axundzadə 29. Marko Veşoviç 10. Abdullah Zubir 7. Yassin Benzia 8. Marko Yankoviç
Baş məşqçi: Qurban Qurbanov

“Qarabağ” Gəncədə büdrərdi. Düzdür, əsas qapıçısını itirdikdən sonra “Qarabağ”ın qol buraxması heç kim üçün təəccüblü deyil. Amma “köhlən atlar”ın “Kəpəz”i cəmi bir dəfə məyus edə bilməsi təəccüblü oldu. Unutmaq lazım deyil ki, 15 qolla Premyer Liqanın ən məhsuldar futbolçuları olan Ramil Şeydayevlə Musa Qurbanlı bu komandanın formasını geyinir. Qurbanlı Gəncədə adını tabloya yazdıra bilsə də, Şeydayev bunu bacarmadı. Yekunda hərəyə bir qol vuran komandalar elə 1 xalla da kifayətləndilər. 

Xal itkisinə baxmayaraq, “Qarabağ” yenə turnir cədvəlinin vahid lideridi. Qurban Qurbanovun komandasının aktivində 57 xal var. “Kəpəz” isə ötən tur “Səbail”dən aldığı sonuncu pilləni elə həmin 1 xal sayəsində “sahibinə” geri qaytardı. Tərlan Əhmədovun çalışdırdığı komanda 21 oyuna 14 xal toplamağı bacarıb.

“Zirə” – “Qəbələ” 2:2
Qollar:
D.Çantakias, 14. L.Broqno, 57 - R.Utziq, 2. F.Santos, 77.

"Zirə": 1. Mehdi Cənnətov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 20. Cavad Qurbanlı, 47. Məhəmməd Hamdaui, 70. İssa Cibrila, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.

"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 27. Məqsəd İsayev, 7. Rövlan Muradov, 77. Emil Səfərov, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 16. Nicat Əliyev, 91. Ramon Maçado, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.

Bərabərlik hər iki komanda üçün arzuolunmaz sayılsa da, yekun nəticə elə o cür də oldu. “Qəbələ” Utziqin erkən qolu ilə Zirədə hesabda önə keçdi. Bu qol meydan sahibləri üçün şof effektli olsa da, qolun şokunu tezliklə atmaq mümkün oldu. Çantakias 14-cü dəqiqədə tablodakı “1” rəqəmini qoşalaşdıra bildi. 22-ci dəqiqədə Rəhim Sadıxov komandasını hesabda önə çıxara bilərdi. Amma onun penalti zərbəsini Səlahət Ağayev ustalıqla dəf etdi. Broqnonun 57-ci dəqiqədə vurduğu qol “Zirə”ni hesabda irəli çıxarsa da, qələbə hesabını qorumaq mümkün olmadı. Santos 77-ci dəqiqədə hesabı bərabərlişdirdi. 2:2 hesabı final fitinə qədər dəyişmədi.
Komandalar uduzmadıqlarına görə təskinlik tapsa da, bu 1 xal onlara ciddi heç nə qazandırmadı. Çünki 3-cü pillədəki “Neftçi” ilə hər iki komandanın xal fərqi çoxaldı. 32 xallı “Zirə” 4-cü, 27 xalı olan “Qəbələ” isə 5-ci pillədəki yerində qaldı.

“Neftçi” – “Sumqayıt” 2:0
Qollar:
S.Kvirkveliya, 54. M.Saldanya, 64.

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanski, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

"Sumqayıt": 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Kərim Abubakar, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.

“Neftçi”də üzlər gülür. Hər halda ardıcıl iki oyunda qalibiyyət “ağ-qaralar” üçün zəif təsəlli sayıla bilər. “Sumqayıt”la oyundakı qollardan birinə yeni transfer Saldanyanın imza atması isə gələcəyə ümidlə baxmaq üçün əsas oldu. “Sumqayıt”la görüşün birinci hissəsi “Neftçi” üçün heç də asan keçmədi. Hesabı açmaq mümkün olmadıqca futbolçular arasında gərginlik də artırdı. Təsadüfi deyil ki, epizodların birində kapitan Emin Mahmudovun gürcü futbolçu Kvirkveliyaya irad bildirməsi onların arasında gərginliyə səbəb oldu. İş elə gətirdi ki, “Neftçi”nin axtardığı qolu da elə Kvirkveliya vurdu. Yekunda 2:0 hesablı qələbəyə sevinən “ağ-qaralar” küskün azarkeşlərini də sevindirməyi bacardı. “Sumqayıt”ın oyunu haqda isə xüsusi nəsə deməyə ehtiyac yoxdu. Görünən odur ki, Samir Abasovun işi bundan sonra da çətin olacaq.

“Neftçi” 44 xalla üçüncü pillədəki yerini möhkəmləndirib. “Sumqayıt”ın isə 15 xalı var və komanda autsayderlər arasında çıxmağı bacarmır.

“Şamaxı” – “Turan Tovuz” 0:1
Qol:
Tərlan Quliyev, 54.

"Şamaxı": 1. Rəşad Əzizli (k), 90. Əli Səmədov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 79. Emil Qasımov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Sahib Həsənov, 10. Elvin Məmmədov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov, 91. Malik Nadirov,
Baş məşqçi: Vüqar Əsgərli

"Turan Tovuz": 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 25. Denis Marandiç, 19. Runi Eva, 9. Belaidi Pusi, 11. Ayxan Hüseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov

Tərlan Quliyevin 54-cü dəqiqədə başla vurduğu qol Şamaxıda yeganə oldu. Bu qolun da sayəsində “Turan Tovuz” səfərdən 3 xalla qayıtdı. Amma ümumi gedişata baxsaq, “Turan Tovuz” “Şamaxı”dan çox da üstün görünmürdü. Bu qələbə Ayxan Abbasovun komandası üçün uzun fasilədə sonra bir ilk oldu. Qələbə sayəsində tovuzlular “Şamaxı”dan 4 xal aralandılar və 6-cı pillədəki yerlərini bir qədər rahatlatdılar. Heyəti bütünlüklə yerli futbolçulardan qurulan “Şamaxı” isə 16 xalla 7-ci sıradadı. Aşağı pillələrdəki sıxlıq qarşıdakı turlarda turnir cədvəlinin sonlarındakı mübarizənin gərgin keçəcəyindən xəbər verir.

“Sabah” – “Səbail” 4:0
Qollar:
Coy Lens Mikels, 4. Davit Volkov, 10; 31. Emmanuel Apeh, 83. 
Qırmızı vərəqələr: Con İrasabal, 68 - Rahid Əmirquliyev, 79 (ikinci sarı).

“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev

“Səbail”: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 27. Emil Martinov
Baş məşqçi: Şahin Diniyev

Şahin Diniyev və komandası Masazırdan Bayıla əliboş döndü. “Sabah” qonaq komandanın qapısına 4 cavabsız qol vurdu. Bu qələbə həm də “Sabah”ın ölkə kubokundakı yenilgisinin qisası sayıla bilər. “Qarabağ”ın xal itirdiyi turda qələbəyə sevinən “Sabah” liderlə xal fərqini də azaltdı. 52 xallı “Sabah” ikinci sıradadır. Murad Musayevin komandası “Qarabağ”dan 5 xal geridədi və “Neftçi”ni 8 xal qabaqlayır. “Səbail” isə xal ehtiyatını artıra bilmədi. Az öncə qeyd etdiyimiz kimi, “Kəpəz” hesabat turunda bir xal qazandığı üçün “Səbail” yenidən son pilləyə yuvarlandı.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X