
“Neftçi”nin qapıçısı İvan Brkiç Premyer Liqanın 24-cü turu çərçivəsində "Qarabağ"la keçiriləcək oyunla bağlı danışıb.
Fanat.Az xəbər verir ki, 28 yaşlı qapıçı klubun televiziyasına müsahibəsində “ağ-qaralar”ın hazırlığını dəyərləndirib.
Son 4 turda qapısını toxunulmaz saxlayan Brkiç prinsipial matç barədə iddialı danışıb: Derbi oyunudur. Əvvəlki matçlara necə hazırlaşmışıqsa, bu görüşə də eyni qaydada hazırlaşırıq. Öz gücümüzü və nəyə qadir olduğumuzu bilirik. Səfərdə “Qarabağ”a qarşı yaxşı oyun göstərərək, qələbə qazana bilərik.
Dörd oyundur qol buraxmamağıma gəlincə, “Neftçi”yə gəldikdən sonra ilk dəfədir belə seriya davam edir. Bu görüşlərdə eyni heyətlə oynamışıq. Bu da bizə yaxşı tərəfdən təsir edir. Bir-birimizi meydanda daha yaxşı başa düşə bilirik. Bu, bizim üçün xeyirli amildir. Bu, təkcə mənim uğurum deyil. Müdafiə xətti ilə yanaşı, bütün futbolçularımızın uğurudur ki, qapımızda qol görmürük. Ümid edirəm ki, bunu qoruyub-saxlaya biləcəyik".
“Qarabağ”la “Neftçi” arasında qarşılaşma fevralın 27-də baş tutacaq.