15:03 28.05.2023 394

\"Kubokun nəticəsi fikirlərimə təsir etməyəcək\" - İsnik Alimi

Futbol üzrə Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turunda Qəbələ" evdə "Kəpəz"lə 1:1 hesablı heç-heçəyə razılaşıb. 

Penaltidən komandasının yeganə qoluna imza ataraq "qırmızı-qaralar"ın Konfrans Liqasına vəsiqə əldə etməsini rəsmiləşdirən İsnik Alimi Fanat.Az-a müsahibəsində sözügedən qarşılaşmanı dəyərləndirib:

- Konfrans Liqasına vəsiqəni təmin etməyimiz kubokun finalında bizə yaxşı təsir edəcək. Çünki, biz artıq avrokubokları fikirləşməyəcəyik. Əgər bu fikirlə oyuna çıxsaydıq, bizdə təzyiq və stress yarada bilərdi. Final bizim üçün pozitiv olacaq.

- Final matçları adətən neytral meydanda keçirilir. Amma bu dəfə "Neftçi"nin stadionunda olacaq. Bu, sizə mənfi təsir etməyəcək?

- Yox. Bu, bizi qorxutmur. Çünki, kubokun finalına çıxmaq üçün ilboyu mübarizə aparmışıq. Əsas məsələ odur ki, stadionda azarkeş çox olsun. Belə olduğu halda şanslar 50/50-dir. 

- Oyunun sonuna yaxın "Kəpəz" hesabı bərabərləşdirdi. Bu, sizin üzərinizdə təzyiq yaratmadı?

- Əlbəttə ki, bu, qorxu yaratdı. Hesabda öndə olarkən Avropaya daha yaxın idik. Həmin anda rəqib hesabı bərabərləşdirdi. Bu, stress, təzyiq və qorxu yaradırdı. Necə oynadığımız önəmli deyil. Əsas odur ki, ardıcıl ikinci il Konfrans Liqasına vəsiqə qazandıq.

- Mətbuatda "Qəbələ"dən ayrılacağın deyilir. Bu haqda nə deyə bilərsən?

- Fikirlərim, motivasiyam 120 faiz "Qəbələ"dədir. İki məqsədimiz var idi. Biri avrokuboklara vəsiqə qazanmaq, bunu etdik. Digəri isə Azərbaycan Kubokunu qazanmaq. Bütün fikirlərim klubumladır. Kubokun finalından sonra istirahətə gedəcəyik. Mediada yazılanlarla bağlı məlumatım var. Amma heç bir şərh verə bilmərəm.

- Finaldan gözləntin nədir? Azarkeşlərə qələbə sözü verirsən?

- Həmin matçda əlimdən gələnin maksimumunu edəcəyəm. Zədə belə, məni saxlaya bilməz. Belə halda da mübarizə aparacağam ki, kuboku qazanaq. Söz verə bilərəm. Amma çox şey baş verə bilər. Özümdən asılı olanlarla bağlı söz verirəm. Əlimdən gələni edəcəyəm.

- Kubokun finalı "Qəbələ"dəki gələcəyinə təsir edə bilər?

- Qalıb-qalmayacağımı bilmirəm. Kubokun nəticəsi fikirlərimə təsir etməyəcək. Kubokda "Qarabağ"ı mübarizədən kənarlaşdırandan sonra iddiamız artıb. Sona kimi getmək istəyirik. Şans əlimizdədir.

- Şimali Makedoniya mətbuatı sənin Azərbaycandakı çıxışınla maraqlanır?

- Bəli, maraqlanırlar. Burada titullar qazanan makedoniyalı futbolçular var ki, onlar da çempionat haqda soruşurlar. Soruşan hər kəsə Azərbaycan haqda xoş sözlər deyirəm. Burada futbol günü-gündən inkişaf edir.

- Kubokun finalında böyük dəstəyə ehtiyacınız var. Azarkeşlərə nə demək istəyirsən?

- Bütün azarkeşlərə səslənirəm, bu vacib oyuna gəlsinlər. Biz də yaxşı oynamağa çalışacağıq. İstərdim ki, stadionun 50 faizi "Qəbələ", 50 faizi "Neftçi" azarkeşləri ilə dolu olsun.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 Sentyabr 2023
21:04

“Uşaqların əziyyətinə heyfim gəlir” - Şahin Diniyev

20:49

“Futbolçular kluba hörmət etməlidir” - Murad Musayev

20:39

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə - VİDEO

19:56

“Sabah”la “Səbail”dən heç-heçə, “Neftçi”dən qələbə

19:43

“Qarabağ”ın əvəzedicilərindən darmadağın

19:27

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu - VİDEO

18:43

“Bir qol vursaydıq, oyun bitə bilərdi” - Ayxan Abbasov

18:31

“Layiqli qələbə qazandıq” - Adrian Mutu

18:23

“Gəncə”də belaruslu məşqçi

18:05

Dadaşovlu “Hatayspor” səfərdən 1 xalla döndü

17:49

“Neftçi” Xaçmaz təmsilçisinə qalib gəldi

17:25

Azərbaycan komandaları 1/4 finalda

17:00

“Qarabağ” "Hekken"lə oyun üçün azarkeşlərə müraciət etdi

16:29

“Kəpəz”lə “Qəbələ”nin 25-ci dueli

16:11

Tovuzdakı oyunda mərhum deputat anıldı

15:55

Yığmanın yeni baş məşqçisi bilindi

15:34

Azərbaycanlı hakim Fransa klubunun oyununu idarə edəcək

15:00

"Real Madrid" səs-küylü transferə hazırlaşır - MƏBLƏĞ

14:41

“Neftçi”nin zədəli hücumçusundan xəbər var

14:22

Messi Zidanla görüşdü, paylaşım etdi - FOTO

14:00

"Sabah" avrokubok oyunları üçün Şimali Makedoniyaya yollandı

13:41

İtaliya nəhəngi 35 milyonluq Berardidən əl çəkmir

13:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:03

Premyer Liqa klubu "Barselona"nın istədiyi hücumçunu alır

12:44

Novruzovun komandası yenə uduzdu

12:25

“Eyndhoven”dən Ozan Canlı heç-heçə

12:06

Boatenq özünü Madrid nəhənginə təklif etdi

11:46

Yüksək Liqada 2-ci tur həyəcanı

11:25

Musa Qurbanlı növbəti sınağına çıxır

11:04

"Birinci Liqada asan rəqib yoxdur" - "Karvan"ın hücumçusu

10:45

"Qarabağ"ın rəqibi Xabi Alonso ilə bağlı qərarını verdi: Saxlamayacaq!

10:26

Ten Haq Entonini məşqə qaytardı, onu Sançoyla müqayisə etdi

10:07

Bundesliqanın bombardiri: "Keyni daim izləyirəm, o, daha yaxşıdır"

09:46

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:24

İtaliya klubu dünya çempionu ilə anlaşdı

01:26

“Lans”dan səfərdə çətin qələbə

01:09

“Barselona” “Sevilya”nı məğlub yola saldı

00:54

“Borussiya”dan inamlı qələbə

00:33

Nəsirlidən məhsuldar ötürmə, komandasından inamlı qələbə

00:13

“Qaziantep”dən səfər qələbəsi

Facebookdan bizi izləməyi unutmayın.
X