"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov ölkə mətbuatında yayılan xəbərlərdən birinə münasibət bildirib.
41 yaşlı mütəxəssis Fanat.Az-a açıqlamasında iranlı futbolçu Peyman Keşavarz ilə maraqlanmadıqlarını bildirib:
"O, futbolçu ilə maraqlanmamışıq. Bu barədə yazılanlar doğru deyil".
Qeyd edək ki, 28 yaşlı Keşavarz daha öncə Azərbaycanda "Sumqayıt", "Səbail" və "Kəpəz"də olub.
Nihat