23:27 17.09.2023 697

“O epizodlarda ofsaydı haradan tapdılar, bilmirəm” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 6-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 2:0 hesablı qələbədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm, bizim üçün vacib oyun idi. Milli fasiləyə görə oyunçular xeyli vaxt idi ki, birlikdə deyildilər. Futbolçular özlərini tam yaxşı tərəfdən göstərdilər. Fikirləri tam olaraq oyunda oldu. Təbrik edirəm, rəqibə uğurlar arzulayıram.

Son illərin ən dəyişik çempionatını görürük. İnanın ki, rəqiblərə fərq qoymaq fikrində deyilik. Çünki hamısının gücü bəllidir. Hər tur fərqli nəticə ola bilər. Sıx qrafikdəyik, futbolçuları nə qədər hazırlamağa çalışsaq da, çətindir. Rotasiyalar çox edirik. Bəzi oyunçuları hətta meydana buraxmırıq. Süni örtük və 3-4 gündən bir oyun oynadıqlarına görə ehtiyat edirik. İlk dəfə deyil ki, bu halla rastlaşırıq. Bu mövsüm zədəlilərimiz çox oldu. Patrik Andrade çoxdandır komanda ilə deyildi. Bədavi və Veşoviç oynamır. Üç itki böyük zərbədir bizə. Deməli, daha ciddi olmalı, rəqiblərə qarşı daha ciddi yanaşmalıyıq. Bəlkə özümüz də hansısa risklərə getməliyik ki, xal ehtiyatımızı yaxşılaşdıraq. Hər itirilən xal bizim üçün turnir cədvəlində böyük zərbə olacaq. Amma başqa çıxış yolu yoxdur, sıx qrafikdə daha çox güc sərf etməyə çalşacağıq.

Abbas da yoxdur, o da böyük itkidir. Rotasiyalar edə bilmirik. Amin gənc olsa da, ona güvənirik. Az oyunlarda oynamayıb. Nə qədər çox oynasa, daha tez təcrübə toplaya bilər. Hansı oyunçu lazım olsa, onu meydana buraxmağa çəkinməyəcəyik.

Diakabi komandamızın üzvüdür. Safəcə mikrozədələri var, bəzən tam güclə məşq edə bilmir. Bir ara geridönüş etmişdi, amma son vaxtlarda mikrozədələr oldu. Rəqabət çoxalır. Qarşıda yenə əvvəlki formasına qayıda bilsə, bizim oyunçudur, lazım olanda istifadə edəcəyik.

Transferlər böyük ehtimalla qış aylarına kimi bitib. Çünki biz ancaq azad agent statusunda olan oyunçuları götürə bilərik. Onun hansı formada olacağı da böyük sual altındadır. Ona görə də ola bilər ki, dekabra kimi trasnfer olmasın. Amma bəlkə oldu. Hücum xəttinə, müdafiəyə, yarımmüdafiəyə oyunçu axtarırdıq. Ancaq edəcək planımız yoxdur. Qışa qədər axtarışda olacağıq.

Bu gün qarşımızda çox intizamlı komanda var idi. "Sabah"a qarşı oynamaq asan deyil. Qələbə bizim üçün böyük nəticədir. Hakimlər get-gedə hər xırda epizoda daha çox diqqət ayırırlar. Məsələn, "Səbail"lə görüşdə qapımıza təyin edilən penalti... Ola bilər ki, əks tərəfə də verilib. Bəzən çox bəsit qərarlar görmüşəm. Amma hakimlərimizə etirazımız olmayıb. Bu gün də birinci qolda və penaltidə ofsaydı haradan tapdılar, bilmirəm. Xətt elə idi ki, ofsayd var idi, yox idi, bilmirəm. Amma ən düzünü onlar bilir. Xırda diqqətsizliyə görə komandanın nəticəsinə təsir edə bilərlər. Bilirik ki, hakimlər çox çalışırlar. Hakimlərimizə inanırıq. İnanırıq ki, hamıya eyni gözlə baxırlar. Bizim işimiz meydanda daha intizamlə olub, nəticə qazanmaqdır.

Andrey Lunyov təcrübəli qapıçıdır. 6-7 ay oynamaması o qədər də təsir etməz. 2-3 oyundan sonra özünü daha komfortda hiss edəcək. Luka Quqeşaşvili oynayırdı. Neçə vaxtdır yaxşı səviyyədə çıxış edir. Heç bir narahatlığım yoxdur.

Şahruddinin özü və klub üçün yaxşı təklif oldu. Sonda qərara gəldik. Onun üçün şərait yaratdıq ki, bu cür komandada oynasın. Azərbaycandan, "Qarabağ"dan belə komandaya oyunçumuz gedirsə, sevinməliyik. Əvvəllər də demişəm ki, son vaxtlar böyük bazara girmişik. Kadi Rusiyada, Vadji Fransada tanınmış kluba gedib. Şahruddin Türkiyə Super Liqa komandasına keçdi. Çox böyük işdir. İstər-istəməz orada Azərbaycan futbolu haqda danışılması, böyük inkişafdır. O bazara girmişiksə, gələcəkdə cavanlarımız üçün, yerilərimiz üçün maraqlı təkliflər olar. Musa da İsveçə getdi. Hər bir futbolçuya təşəkkür edirik ki, onların uğurlarımızda payı olub. Heç vaxt yaddan çıxara bilmərik. Mən də səhv edirəm, digərləri də, yalnış qərarlarımız olur. Hər futbolçu səhvini başa düşməli, onu təkrarlamamağa çalışmalıdır. Bu, futbolçularımızdan tələbimizdir. İnanıram ki, qarşıdakı matçlatda da bunu düşünərək addım atacaqlar”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X