23:48 23.09.2023 384

“Proses gedir, yeni komanda qurulur” – Adrian Mutu

"Neftçi"nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın 7-ci turunda səfərdə lider "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bugünkü oyuna görə futbolçularımı təbrik etmək istəyirəm. Düşünürəm ki, hakimlərin verdiyi sərt qərarlar oyunu gətirib bura çıxardı. Həmin epizoda baxdım, öz baxış bucağımdan deyə bilərəm ki, Yuri topa toxunur, sonra təbii hal olaraq rəqibə toxunur. Qaça bilməzdi. Penalti səhv qərardır. 7 oyunda qapımıza üçüncü penaltidir ki, təyin olunur. Ardıcıl iki matçdır ki, 11 metrlik cərimə zərbəsi verilir. Son iki oyunda qapımıza ancaq penaltidən qol vurulur, bu, məni narahat edir. Bu haqda ölçü götürülməlidir.

Azarkeşlərin sosial şəbəkələrdəki şərhləri haqda bir şey deyə bilmərəm. Bizi dəstəkləyən, bura gələn fanatlara təşəkkür edirəm. O azarkeşlər ki, hər zaman stadiona gəlirlər, bizi dəstəkləyirlər. Onlara deyə bilərəm ki, proses gedir, yeni komanda qurulur. Hamı başa düşməlidir ki, yeni oyunçular var, hərəsi bir ölkədən gəlib. Məsələn, Lukas Argentinadan gəlib. Azərbaycan və Argentina fərqli ölkələrdir. Bir az vaxt lazımdır ki, oyunçuların hamısını balanslaşdırım. Böyük layihədir, başa düşməliyik ki, istədiyimiz güclü "Neftçi"ni qurmaq üçün əzmkar iş görməliyik, emosional işin üzərində qurmalı deyilik. Dediyim kimi, böyük prosesdir, inanmaq lazımdır. Uğura qısa yolla gedib çıxmaq olmaz. Bəzən nəyisə əvvəldən qurban veririk ki, sonra yaxşı olsun. Bu azarkeşlər yaxşısına layiqdir. Ölkədə yeniyəm, amma "Neftçi" daha çox sevilməlidir. Xüsusən də mətbuatda. Uduzuruq, deyirlər komanda pis oynayır, uduruq deyirlər ki, Mutu Qara Qarayevlə mübahisə edib, dalaşıb. "Sumqayıt"la oyundan sonra mətbuatda məqalə çıxır ki, Qara Qarayevlə mübahisə etmişəm. Niyə belə edirlər? Uduzan digər komandalar da var, onlar haqda heç kəs heç nə yazmır”.

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
19:02

MPL: "Kəpəz" "Sumqayıt"a qalib gəlir - YENİLƏNİR

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

phrase_var_core.fb
X