14:30 25.09.2023 610

“Cərimə meydançasında qərarı tez və düzgün verməyi bacarmaq vacibdir”

Misli Premyer Liqasının 7-ci turunda səfərdə “Səbail”in qonağı olan “Araz-Naxçıvan” oyun ərzində yaratdığı çoxsaylı qol epizodlarını boşa verdi və yekunda minimal hesabla məğlub oldu.

Fanat.Az xəbər verir ki, matçda ən çox diqqət mərkəzində olan isə Orxan Əliyev idi.

Cari çempionatda vurduğu 3 qolla komandasının hələ ki, ən sərrast oyunçusu olan Əliyev “Səbail”lə dueldə də azı 2 dəfə rəqibin qapı torunu silkələməyə yaxın oldu. “10 nömrə”nin klub saytına müsahibəsini diqqətinizə çatdırırıq.

- “Səbail”lə oyun nə ilə yadda qaldı?
- (Məyusdur) Maraqlı oyun oldu. “Araz-Naxçıvan” Premyer Liqaya bu il yüksəlsə də, oyun planında yaxşı mənada təəccübləndirir hər kəsi. Çalışırıq oyunun meydanın rəqibə aid hissəsində keçirək. Qol vurmaq üçün epizodlarımız da çox oldu. Onların hansısa birinindən düzgün istifadə edə bilsəydik, nəticə fərqli olacaqdı. Təəssüf ki, üstün oynadığımız oyunda məğlub olduq. Futbolun bu tərəfi də var.

- Demək olarmı, oyunun nəticəsini sənin qaçırdığın epizodlar həll etdi?
- Futboldur, fərqlənmək üçün epizod hər zaman olur. Əlbəttə, mən də yaxaladığım qol epizodlarını dəyərləndirməyi hamıdan çox istəyirdim. Bilirəm, dünən qaçırdığım imkanlara görə məni qınayırlar. Özüm də pis olmuşam. Anlayıram ki, hər şeyi dəyişə bilərdim.

- Tələsirdin?
- Tələsmirdim. Birinci epizod zamanı cərimə meydançasına girən zamanı zaman bir ötürmə ilə zərbə vurmaq istədim, alınmadı. Sonrakı imkan zamanı uzaq küncü nişan almağa çalışdım, bu dəfə də məqsədimə çata bilmədim, top qapıçıya dəydi. Təəssüflənməmək olmur.  

- Bu matçdakı nəticə hər iki komandanın turnir cədvəlinin üstü sıralarında qərarlaşmasına kömək edəcək, həm də aşaığ pillələrdəki digər klublarla xal fərqini artıracaqdı…
- Razıyam, biz qələbə qazansaydıq, ikinci pilləyə yüksələcəkdik. Çox pis olmuşam. Yadıma düşəndə heyfslənirəm.

- Növbəti oyun lider “Zirə”yə qarşı olacaq. Bu duellə bağlı nə düşünürsən?
- Bu gün bərpa məşqi keçdik. Oyunun hazırlığına sabahdan başlayacağıq. Güclü rəqibdir. Birinci yerdə qərarlaşmaları təsadüfi deyil. Yaxşı hazırlaşmalıyıq ki, qələbə qazanaq. Şansımız var. Ümumiyyətlə, biz heç vaxt meydana çıxanda heç-heçə haqda düşünməmişik. Baş məşqçi bizdən hər zaman qələbə istəyir. Onun oyun fəlsəfəsi burdur. “Neftçi” və ya “Qarabağ”la oyunlarımızda da məqsəd eyni olub. Biz də onun tapşırığını yerinə yetirməyə çalışırıq. Yaxşı oyunu nəticəyə daşımalıyıq. Çünki xalı oyuna yox, nəticəyə görə verirlər.

- Ötən il Birinci divizionda bombardir olmuşdun. Premyer Liqada da işlərin pis getmir, komandanın ən çox qol vuran oyunçususan…
- Birinci divizionda da qol vurmaq asan deyildi. Düzdü, Premyer Liqa ilə aşağı dəstəni müqayisə etmək olmaz. Sadəcə, öz üzərində çox çalışmalısan. O qədər çalışmalısan ki, cərimə meydançasında qərarı tez və düzgün verməyi bacarasan.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X