14:24 19.10.2023 729

"Cəza çox ağır və ədalətsiz idi" - Samir Abasov ən zəif göründükləri matçdan da danışdı

Mövsümə rəqib meydanında "Səbail"i 4:1 hesabı ilə darmadağın edərək start verən "Sumqayıt" Misli premyer Liqasının 1-ci dövrəsini 11 xalla 7-ci pillədə tamamladı. "Kimyaçılar"ın baş məşqçisi Samir Abasovla əlaqə saxlayıb bir neçə suala cavab aldıq.

Abasovun Fanat.Az-a müsahibəsini təqdim edirik:

- Birinci dövrədə çıxdığınız 8 oyunda 11 xal qazana bilmisiniz. Sizcə, nəticəni qənaətbəxş hesab etmək olar ? 
- Birinci dövrənin nəticəsinin qənaətbəxş sayılması üçün təxirə salınan oyunun ("Sabah"la oyunu nəzərdə tutur - red.) nəticəsi də çox önəmlidir. O matçı oynasaydıq və qələbə qazanmış olsaydıq, qənaətbəxş saya bilərdik. 

- Cari mövsüm ilk matçınızda sonradan çempionatda fırtına kimi əsən "Səbail" böyük hesabla məğlub etdiniz. Sonrakı oyunlarda eyni performansı sərgiləmək niyə mümkün olmadı? 
- Əslində tək “Səbail”lə matç yox, ondan sonrakı görüşdən - “Qəbələ” ilə səfər oyunundan da yaxşı nəticə ilə qayıtdıq. Əsas problemlərimizi isə çempionatımızın liderləri ilə yaşadıq. Hətta bunlardan bəzilərinə qarşı yaxşı oynasaq da, yekunda qol vura bilməməyimiz xal itkisi ilə nəticələndi. 

- İlk dövrədə ən zəif oyununuzu hansı komandaya qarşı keçirdiniz? 
- Düşünürəm ki, ən zəif oyunumuz “Qarabağ”la olan matç idi. Əgər ona oyun demək olarsa...

- Cəzalı duruma düşdüyünüz üçün 3 oyunda texniki zonada olmadınız. Bu baş verməsəydi, komandanın nəticələri fərqli ola bilərdi? 
- Deyə bilmərəm ki, mən həmin 3 oyunda texniki zonada olsaydım, nələr olardı. Amma əminliklə deyirəm ki, cəza çox ağır və ədalətsiz idi. 

- Bu ay milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə komandaya necə təsir göstərdi?
- Milli fasilələr elədir ki, mövsümün əvvəlindən bilinir, planlar, proqramlar ona görə tərtib olunur. Biz də əvvəldən planlaşdırdığımız kimi yaxşı məşqlər keçdik. Milliyə gedən oyunçular xaricində bütün futbolçularla istədiyimiz kimi işlədik. Üstəlik, “Zirə” ilə hazırlıq oyunu da keçirdik ki, bunun da çox faydalı olduğunu düşünürəm. Qaldı ki, milli komandaların düşərgəsində olan oyunçuların vəziyyətinə, onlar hələ komandaya qayıtmayıblar, ümid edirəm ki, komandaya yaxşı fiziki formada qoşulacaqlar.

- Növbəti turda qeyri-sabit təsir bağışlayan "Sabah" la qarşılaşacaqsınız. Bu oyundan mümkün bir xalı özünüz üçün qazanc sayacaqsınız, yoxsa, hədəfiniz qələbə olacaq?
- Biz çox yaxşı başa düşürük ki, bu mövsüm heç də yaxşı vəziyyətdə olmayan “Sabah” bizim üçün ən təhlükəli rəqibdi. Çünki onlar da vəziyyətdən çıxmaq, durumu düzəltmək üçün oynayacaqlar. Onlar meydana yalnız qələbə üçün çıxacaqlar, biz isə öz növbəmizdə rəqibə müqavimət göstərməli, yaxşı nəticə qazanmalıyıq.

Nahid Məmmədov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X