20:57 30.10.2023 2975

“Qarabağ” “Araz-Naxçıvan”a uduzdu

Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun bağlanış matçı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.

Son çempion "Qarabağ" ev oyunlarını keçirdiyi arenada "Araz-Naxçıvan"la üz-üzə gəlib. Ancaq bu dəfə nominal meydan sahibi kimi debütant çıxış edib. Start fiti saat 19:00-da səslənən görüşü FİFA referisi Əliyar Ağayev idarə edib. 

"Qarabağ" meydandan qalib ayrılacağı halda, vahid liderliyə yiyələnəcəkdi. Ötən həftə Avropa Liqası çərçivəsində Almaniyada "Bayer Leverkuzen"lə görüşdə ağır məğlubiyyət (1:5) alan ağdamlılara psixoloji durumu düzəltmək üçün bu gün qazanılacaq qələbə hava-su kimi lazım idi. 

Mövsümün sürpriz komandalarından olan "Araz-Naxçıvan" isə son çempionu da təəccübləndirməyə davam etmək əzmindəydi. Qarşılaşma məhz Naxçıvan təmsilçisinin gözlənilməz qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günləri keçirilib: Zirə - Səbail 2:2, Turan Tovuz - Kəpəz 4:0, Sumqayıt - Qəbələ 0:0, Neftçi - Sabah 0:1.

Misli Premyer Liqası
11-ci tur
30 oktyabr

Araz-Naxçıvan – Qarabağ 2:1
Qollar: Orxan Əliyev, 75-pen. Elvis Maşike, 90+2 - Olavio Juninyo, 90+7.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
Qarabağ: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşovic, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 19. Redon Cica, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 11. Adama Diakabi, 18. Olavio Juninyo.
Baş məşqçi: Qurban Qurbanov.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X