17:22 25.11.2023 668

“Bu komanda uğurlu nəticələr qazana bilər” - Adil Şükürov

"Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 14-cü turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, qolsuz bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm. "Kəpəz" azarkeşlərinə təşəkkür edirəm ki, bu gün bizi təlk qoymadılar, dəstək verdilər. Futbolçular da əllərindən gələni etdilər. Komandada yeni olsaq da, tam üslubumuzu tətbiq etmək üçün müəyyən vaxt lazımdır. Milli komandalara görə çempionata verilən fasilə zamanı çalışdıq ki, nələrəsə nail olaq. Qismən də istədiklərimizə nail ola bildik. Bundan sonrakı matçlara baxacağıq. Daha çətin oyunlarımız gəlir, sıx qrafikimiz olacaq. Futbolçularla bu barədə danışmışıq. Komandamız daha yaxşı performans göstərərək, uğurlu nəticələr qazana bilər.

Hər komandada davamlı dəyişikliklər olmalıdır. Bu komandada hər oyun üslubu olaraq, həm də futbolçu sarıdan dəyişikliklər etmək lazımdır. Bəzi futbolçulara ehtiyacımız var. Onu da qış fasiləsində etmək istəyirik. Amma hazırda bizdə olan futbolçuların ən yaxşı performanslarını göstərməsini istəyirik.

Bəzi oyunçularla müqavilə bağlamaq haqda fikirləşirik. Amma onların qışa qədər vaxtı var. Gərək o dönəmdə özlərini göstərsinlər ki, komandada qalsınlar. Bu, hər bir futbolçuya aiddir.

Futbolçulara aşılamaq istəyirik ki, davamlı olaraq öz futbolumuzu oynayaq. Rəqibin kimliyindən asılı olmayaraq, çalışırıq ki, istədiyimiz oyunu meydanda tətbiq edək. Ki, öz üslubumuz seçilsin. "Kəpəz"in hər zaman öz üslubu olub, hücum futboluna üstünlük verib. Biz də, futbolçulara olduqları yeri bilmələrini aşılayırıq. Futbolçulara psixoloji cəhətdən buna hazır olmalıdır. Onlar bilməlidir ki, futbola regionunu təmsil edirlər”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X