Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda 13-cü tur çərçivəsində evdə “Naqom Patom”u qəbul edib.
Şeydayevin komandası 4:1 hesablı qələbəyə sevinib. Start "11-lik"də yer alan azərbaycanlı forvard 90+2-ci dəqiqədə əvəzlənib. Ramil qollardan birində məhsuldar ötürmə ilə iştirak edib.
Hazırda 21 xalı olan “Buriram Yunayted” 3-cü pillədə mövqe tutub.