20:30 15.01.2024 980

Qurban Qurbanovdan transfer açıqlaması

“Ümumən pis oyun alınmadı. Məşq prosesimiz üzrə yaxşı bir hazırlıq qarşılaşması oldu. Çünki Rəşad Sadıqovla əvvəldən razılaşmışdıq ki, görüşün müddəti çox olsun və bütün futbolçular eyni yükləməni ala bilsinlər”. 

Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Zirə”ni 4:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunu barədə danışarkən deyib.  

O, matçın hər iki tərəf üçün faydalı olacağını inandığını bildirib: “Səhvlər həddindən artıq çox idi. Bu da normaldır. Çünki demək olar ki, qış fasiləsindən sonra ilk oyunumuz idi. Ümumi götürdükdə inanıram ki, hər iki tərəf üçün faydalı qarşılaşma olacaq”. 

Qurbanov təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmamalarında probleblem olmadığını qeyd edib: “Ölkə xaricinə yollanmadığımız üçün hər hansı əziyyət çəkmədik. Çünki bu müddətdə ölkə xaricində olsaydıq belə, böyük ehtimalla cəmi 1 yoxlama matçı keçirəcəkdik. İkinci oyun olsaydı da, zəif rəqiblə qarşılaşacaqdıq ki, həmin görüşü də əzəvedici heyətlə matçda kompensasiya etdik. “Zirə” çox ciddi rəqib idi. Üstünlüyümüz o oldu ki, bugünkü matçı istədiyimiz formatda keçirdik. Ölkə xaricində olsaydıq, bəlkə də bu formatda oyun keçirə bilməyəcəkdik. Rəqib razılaşmaya bilərdi. Amma burda hər şey istədiyimiz kimi alındı”.

Ağdam klubunun çalışdırıcısı 2-3 turdan sonra komandasının əvvəlki formasını bərpa edəcəyini söyləyib: “Fasilə müddəti həddindən artıq az idi. Əvvəldən də qeyd etmişdim ki, bizim futbolçulara istirahət daha çox lazım idi. Ölkə xaricinə gedib güclü rəqiblərlə 2-3 oyun keçirsəydik, bizim üçün ağır olardı. Çünki hələ tam özümüzə gəlməmişik. Çempionatda 2-3 matçdan sonra komanda tam öz oyununa qayıdacaq”.

Qurbanov Leandro Andrade üçün Çindən təklif aldıqlarını təsdiqləsə də, hələlik Andrade ilə vidalaşmaq fikrində olmadıqlarını bildirib:
“Bəli, Leandro Andradeyə görə Çindən rəsmi təklif var idi. Klub üçün də pis təklif deyildi. Lakin bizim hal-hazırda ona ehtiyacımız var. Ona görə də danışıqları maksimum çalışdıq ki saxlayaq. Hələ ki, Andrade bizim futbolçumuzdur”.

O, Aleksey Kaşukun “Qarabağ”a gəlişi və Kadi Borgesin mümkün qayıdışı ilə bağlı yayılan xəbərləri belə şərh edib: “Bizdə belə bir məlumat olmayıb. Mətbuatda yazıla bilər. Amma onların hərəsinin özünün klubu var”. 

Mütəxəssis transfer çalışmalarından da söz açıb: “Danışıqlar apardığımız oyunçular var. Əfsuslar olsun ki, çətinlik çəkirik. Amma bu, bizimlə  yox, qarşı tərəflə bağlı çətinlikdir. Yenə də sona kimi danışıqlarımız davam edəcək”. 

Qurbanov cinah müdafiəçisi Mateus Silvanı “Zirə” ilə matçda mərkəzdə sınamasına da toxunub: “Mateusu gələcəkdə də müdafiənin mərkəzində sınamaq olar. Amma bu addımı Kevin Medina yoxdu deyə atmadıq. Medina yoxdursa, digər mərkəzi müdafiəçilərimiz var - Bəhlul, Maksim, Rahil, Bədavi... Bəzən futbolçuları dəyişik mövqedə istifadə edirik”. 

Həm hücum xəttini, həm də müdafiəni gücləndirmək istədiklərini bildirən Qurban Qurbanov “Sabah”dan transfer olunan Aleksey İsayevin apadtasiyasının normal getdiyini vurğulayıb. 

Qurbanov Adama Diakabi barədə də danışıb: “O, Fransada istirahətdə idi. Komandamızın üzvü olaraq qalır. Qarşıda hələ vaxt var. Ola bilər ki, Diakabinin adını Avropa Liqasının sifariş vərəqəsinə də əlavə edək”. 

“Qarabağ”ın baş məşqçisi hər hansı futbolçunu icarəyə vermək barədə düşünmədiklərini də deyib. (qol.az)

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X