
“Turan Tovuz” klubu “Neftçi”nin iki futbolçusunu icarəyə götürüb.
Fanat.Az "boz qurdlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar İsmayıl Zülfüqarlı və Fərid Yusiflidir.
Hər iki futbolçu cari mövsümün sonuna qədər icarə əsasında Tovuz təmsilçisinin uğurları üçün çalışacaq.