
Misli Premyer Liqasının 23-cü turunda "Zirə" səfərdə "Neftçi" ilə qarşılaşacaq. Qəsəbə təmsilçisi "ağ-qaralar" ilə görüşə itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:
"Cəzalı durumda olan Ruan Renatodur. Zədəlilər isə Rüstəm Əhmədzadə və Filipe Paxtmandır".
Qeyd edək ki, bu gün reallaşacaq qarşılaşma 18:00 start götürəcək.
Nahid Məmmədov