20:28 23.02.2024 654

“Turan Tovuz” üçün yeni tərəfdaş

“Turan Tovuz” PFK yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.

Fanat.Az xəbər verir ki, klub bundan sonra “Tovuz Su” ilə  əməkdaşlıq edəcək.

Bölgənin ən tanınmış brendlərindən olan şirkət “Turan Tovuz” komandalarının su tərəfdaşı olacaq. Əməkdaşlıq 2023-2024-cü illər mövsümünün sonunadək nəzərdə tutulub. “Tovuz Su” bu müddətdə komandaları içməli su ilə təmin edəcək. Tovuz şəhər stadionunda “Tovuz Su” reklam bannerləri yerləşdiriləcək. Eyni zamanda konfranslar, rəsmi görüşlər, iclaslar və s tədbirlər zamanı “Tovuz Su” məhsulları masanın üzərinə yer alacaq.

Bundan əlavə, tərəflər  keçirəcəkləri sosial məsuliyyət kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.

"Tovuz Su" adı ilə içməli su ilk dəfə 2018-ci ildə istehsal olunaraq satışa çıxarılıb. Brendin məhsulları Tovuz rayonu Böyük Qışlaq kəndində istehsal olunur. Bu dövr ərzində şirkət inkişaf edərək böyümüş, bazarda öz sözünü demiş su istehsalçılarından birinə çevrilib. 2021-ci ildən etibarən  şirkət məhsulları arasına şüşə qablaşmada olan çeşidləri əlavə etmişdir. Su, su təmizləmə sexində qum, kömür və mexaniki filtrlərdən keçirilərək istehsal qurğusunda daxil olur. Son ərəfədə, ehtiyat su üçün 30 tonluq membranla üzlənmiş anbarlar tikilmişdir. Su mikron filtrdən və istehsal xətlərinə ötürüldükdə 6 lampalı ultrabənövşəyi şualanmadan keçirilir. Hazırda fabrikdə 10 çeşiddə məhsul istehsal olunur.

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev əməkdaşlıqdan məmnun olduğunu bildirib: “Biz hər zaman qapımızın dəstək olmaq istəyən şirkətlərə açıq olduğunu bəyan etmişik. Peşəkarlaşmaq, böyümək yolunda bu kimi əməkdaşlıqlar böyük addımdır. “Tovuz Su” şirkətinin rəhbərliyinə göstərdikləri diqqətə görə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, əməkdaşlığımız hər iki tərəfə düşərli və davamlı olacaq”. 

“Tovuz Su” şirkətinin direktoru İsmayıl Həsənov “Turan Tovuz”la əməkdaşlıqdan məmnun qaldıqlarını qeyd edib: “Ölkə futbolunun ən böyük markalarından biri olan, “Turan Tovuz”la əməkdaşlıq etdiyimizə görə şadıq. Bu klubun tarixi, ölkə futbolundakı çəkisi haqda nə isə deməyə ehtiyac yoxdur. 110 illik futbol mədəniyətinə sahib bir şəhərin komandasından söhbət gedir. Ümid edirəm ki, bizim əməkdaşlığımız digər sahələrdə fəaliyyət göstərən şirkətləri də “Turan Tovuz”a dəstək olmağa təşviq edəcək. Hər iki tərəfə uğurlu olmasını diləyirəm”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

Facebookdan bizi izləməyi unutmayın.
X