Premyer Liqanın 24-cü turunun “Turan Tovuz” – “Neftçi” oyunundan sonra gərginlik yaşanıb.
Fanat.Az saytının Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hakimin final fitindən sonra azarkeşlərdən biri “Neftçi”nin ehtiyat oyunçular skamyasında olan Qara Qarayevə su şüşəsi atıb.
Su şüşəsi Qaranın başına dəyib. “Neftçi”nin texniki heyəti və digər oyunçuları buna aqressiv reaksiya göstəriblər. “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov, digər texniki heyət üzvləri hadisə yerinə gedərək azarkeşləri sakitləşdirməyə çalışıblar. Onları səhv anlayan qarşılaşmanın baş hakimi isə həm Ayxan Abbasova, həm də qonaq komandanın baş məşqçisi Miodraq Bojoviçə sarı vərəqə göstərib.
Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” oyununda qalib müəyyənləşməyib – 1:1.