12:55 25.02.2024 843

\"O biri oyunumuza qədər yata bilməyəcəm\" - \"Turan Tovuz\"un kapitanı

"Turan Tovuz" Premyer Liqanın 24-cü turunda "Neftçi"ni büdrətməyi bacardı. Ayxan Abbasovun başçılıq etdiyi komanda ev oyununda hesabda geri düşsə də, tarazlığı bərpa edən (1:1) qolu vura bildi. 

Qərb təmsilçisini meydana kapitan kimi çıxaran müdaiəçi Şəhriyar Əliyev matçdan sonra Fanat.Az-a müsahibə verib:

- Oyun haqda fikirlərini öyrənmək istərdik.
- "Neftçi"ni analiz eləmişdik. Elə bir komandadır ki, fərdi cəhətdən fərqlənən futbolçuları çoxdur. Ayrı-ayrı futbolçuların bacarığı hesabına qol vururlar. Bu gün də elə oldu. Ancaq buraxdığımız qoldan sonra ruh düşkünlüyü olmadı. Sona qədər mübarizə apardıq. Qələbə də qazana bilərdik. İkinci hissədə üstün oynadıq, şanslarımız daha çox idi. Bir xal qazandıq və topladığımız nəticəyə əlavə olundu. Çalışacağıq hər oyunda xallar qazanaq.
Azarkeşlərin dəstəyi möhtəşəm idi. Hər oyuna çıxanda istəyirik ki, onları coşduraq.

- Sənin də fərqlənmək imkanların oldu. Həmin epizod barədə nə deyə bilərsən? 
- Yəqin ki, o biri oyunumuza qədər yata bilməyəcəyəm. Dünya adamın gözünün qabağında çökür. Qismətdə yox idisə, nə deyim? Elə bildim ki, rəqib sürüşmə fəndi edəcək. Üstdən burdum, dirək qola imkan vermədi.

- Oyunun sonunda meydanın kənarında gərginlik yaşandı. Orada nə baş verdi? 
- İnanın ki, həmin epizodu görmədim. Mərkəz xəttinə yaxın idim. Bilmədim nə baş verdi. Daha sonra öyrənəcəm.

- Növbəti oyununuz "Zirə"ylədir. Onlar 10 oyundur qələbə qazanmır... 
-  "Zirə" qeyri-adi komandadır. On turdu qələbə qazana bilmirlər, amma  dördüncü yerdə qərarlaşıblar. Ağır oyun olacaq. Çalışacağıq ki, yaxşı analiz edib həmin oyundan maksimum xalla ayrılaq.

-  Mövsümün ikinci yarısında "Neftçi"dən sizə gələn oyunçular niyə start heyətində yer almamışdılar?
 - Cavan oyunçular olduqlarına görə yəqin ki, baş məşqçi psixoloji amili nəzərə alıb. Sağ olsunlar, ikisi də sonradan oyuna qoşulub meydanda can qoydular. Onlara da təşəkkür edirəm. Bizdə icarədə olsalar da, komandaya xeyir verməyə çalışırlar.

- "Turan Tovuz" hücumda məhsuldar olsa da, müdafiədə bir o qədər qol buraxır.  
-  Birinci dövrdə həddən artıq fərdi səhvlərdən qapımızda qollar görmüşük. Hətta mənim də səhvlərim olub. Qış toplanışında baş məşqçi ilə bu haqda danışdıq. Çalışırıq ki, fərqlənək və qapımızda qol buraxmayaq. Bu oyunda geri düşdükdən çox çalışdıq, hətta qələbə qolunu da vura bilərdik. "Neftçi" qol vurandan sonra geridən oyun qururdu. Bəlkə də hesabı saxlamağa çalışdılar. Biz ikinci qolu da vurmaq istəyirdik. İlk dövrəyə baxanda indi səhvlərimizi düzəltmişik.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 İyun 2025
09:00

Klublararası dünya çempionatı: "Mançester Siti" 1/8-ə darmadağınla yüksəldi

00:55

"Real Madrid" azlıqda qalib gəldi

22 İyun 2025
23:00

Burak Yılmız işsiz qaldı

22:21

"Yuventus" Mərakeş təmsilçisinə qalib gəldi

21:53

"Afrikanın ən böyük zibilliklərindən birində böyümüşəm" - Viktor Osimhen

21:10

Azərbaycan badmintonçularından beynəlxalq turnirdə uğurlu çıxış

20:15

Almaniya nəhəngi "Liverpul"un iki vingerini birdən almaq istəyir

19:39

"Komandada həddən çox oyunçu var" - Qvardiola Gündoğandan danışdı

19:00

Ölkə başçısı futbolçu nəvəsindən danışdı

18:23

"Kəpəz"in hazırlıq planı dəqiqləşdi

17:58

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 5 medal qazandılar

17:30

Əfsanəvi döyüşçü karyerasını bitirdi - Bakıda açıqlandı

16:56

"Barselona" Şensnı ilə bağlı qərarını verdi -AÇIQLAMA

16:25

"Aris" növbəti transferini razılaşdırdı

15:53

"Real Madrid" Vinisiusla bağlı qərarını verdi

15:12

Azərbaycan millisi Avropa çempionatına yollandı

14:21

Raşford Yamaldan danışdı - "O, normal biri deyil"

13:50

Patrik Andrade "Araz Naxçıvan"da - RƏSMİ

13:30

"Azərbaycan millisi MDB Oyunlarında uğurlu nəticələr qazanacaq" -Aqil Nəbiyev

12:09

Vinisius "Real"la bağlı şəkillərini sildi - Qalmaqal

11:41

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırdı - RƏSMİ

11:20

Günün oyunları bu kanallarda - AFİŞA

10:53

Klublararası dünya çempionatı: 2-ci tura yekun vurulur

10:16

Klopp Virtsin "Liverpul"a keçidini şərh etdi

09:42

Mourinyu ilə Mançinininin İtaliya millisinə təyinatını Buffon əngəlləyib - TƏFƏRRÜAT

09:00

Serxio Ramosun komandası Argentina nəhənginə uduzmadı

01:58

Camal Hill Bakıdakı UFC turnirinin əsas döyüşündə Rountriyə yenildi

01:45

"Bu millətə bağlıyam" - Rafael Fiziyev

01:39

Rafael Fiziyev Bahamondesi məğlub etdi

01:04

Klublararası dünya çempionatı: "Borussiya" da çətinliklə qazandı, "İnter" də

00:51

Tofiq Musayevin UFC-dəki debütü uğursuz alındı

00:24

"Məni burada yenmək istəyən tapança ilə gəlməlidir" - Nazim Sadıxov

21 İyun 2025
23:59

Nazim rəqibini nokautla yendi

22:51

Azərbaycan boksçuları Astanada toplanış keçəcəklər

22:10

Azərbaycan yığması "Airom Cup" turnirində çempion oldu

21:53

Azərbaycan klubunun adı dəyişdirildi

21:22

Azərbaycan seçməsi Avstriyaya uduzdu

20:49

Bakıda UFC turniri start götürdü

20:28

Azərbaycan millisi Moldovanı yendi

19:52

İtaliya nəhəngi İspaniyanın U-21 millisinin futbolçusunu alır

Facebookdan bizi izləməyi unutmayın.
X