
Misli Premyer Liqasının 25-ci turunda "Turan Tovuz" səfərdə "Zirə" ilə qarşılaşıb. Görüşdə qalibi müəyyənləşib - 1:1. Matçın ardından qonaq komandanın müdafiəçisi Roderik Millerlə söhbətləşdik.
Onun Fanat.Az-a müsahibəsi belə alındı:
- Oyunla bağlı təsuratlarınız necədir?
- Çox vacib oyun idi. İlk hissədə "Zirə" zəif idi. Birinci yarıda oyuna nəzarət edə bildik. Bir sıra qol epizodları yaratdıq, amma sonda qələbə qazana bilmədik.
- Öz çıxışınızı necə dəyərləndirirsiniz?
- Özümü çox rahat hiss edirdim. Meydan bir az qeyri-sabit idi. “Zirə” çox az hücum etdi. Oyuna yüz faiz nəzarət etməliydik.
- Növbəti oyun "Araz - Naxçıvan"a qarşıdır. Bu oyun haqda fikirləriniz necədir ?
- "Araz-Naxçıvan" pis dönəmdədir. Bu gün yenə məğlub oldu. Onlara qalib gəlmək asan olmayacaq. Turnir cədvəlində yuxarı pillələrə yüksəlmək üçün onları məğlub etməliyik. Düşünürəm ki, yaxşı oyun olacaq.
Nahid Ustaclı