
Misli Premyer Liqasının 26-cı turunda "Araz-Naxçıvan" səfərdə "Turan Tovuz"la qarşılaşıb. Görüş qonaq komandanın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Muxtar Respublika təmsilçisinin yarımmüdafiəçisi Vadim Abdullayevlə əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik.
Abdullayevin Fanat.Az-a açıqlaması belə oldu:
"Turan Tovuz" bizə heç bir çətinlik yaratmadı. Baş məşqçimiz bu komandanı çox yaxşı analiz etmişdi. Biz onun dediklərini yerinə yetirməyə çalışdıq. Rəqib komanda tərəfindən təhlükəli oyun üslubu olmadı. Dünyada hakimlər ədaləti təmin etmək üçün var. Dünən də ədaləti "təmsil etdilər". Bizi məğlub edən "Turan Tovuz" yox, hakim oldu. Bir də yerli azarkeşlərində rolunu danmaq olmaz. Bu yaşıma kimi belə əsəbləşməmişdim. Paltardəyişmə otağında bəzi oyunçular ədalətsizliyə görə ağlayırdı. İki-üç dəqiqə ərzində hakimlər hər şeyi həll etdilər. Rəqib oyunçu əllə oynadı, amma hakim oyunu dayandırmadı. Mən belə şey görməmişəm. Stress içində yaxınlaşıb hakimə söz deyirəm və bu anda üzümə baxıb gülür. Sanki gülməli nəsə söz deyirəm. Həqiqətən ayıbdır. Biz son oyunların hamısında üstün oynamışıq. Əfsuslar olsun ki, cəmi iki xal ala bilmişik. Hamısında da hakimlər həlledici rol oynadılar. Azər müəllim möhkəm kollektiv yaradıb. Ən gec yığılan komanda bundan artıq nə etsin axı?".
Nahid Ustaclı