13:57 18.03.2024 2685

Futbolumuzun yeganə xilas yolu - Yalnız o gəlməlidir

Azərbaycan millisinin baş məşqçisi kim olsun? Bizə əcnəbi çalışdırıcı daha çox fayda verər, yoxsa yerli? İndiki heyətlə daha bir legioner mütəxəssis yığmaya sabitlik, işlək sistem, yeni enerji gətirə bilərmi? Bu və buna bənzər suallar yenə futbol ictimaiyyətinin əksər nümayəndələrini düşünüdürür... 

Sonuncu gəlmə - italiyalı Canni De Byazi də ölkə futboluna xüsusi nəsə vermədən yola salınıb. Baş məşqçi postu müvəqqəti olaraq Arif Əsədova həvalə edilən seçmə martdakı oyunlara hazırlaşır. Müstəqillik dönəmindən bəri xərclənən 100 milyonlar fonunda orta səviyyəyə belə, çata bilməyən komandanın indiki vəziyyətdə olması, şübhəsiz, səriştəsiz idarəçiliyin nəticəsidir. Görünən budur ki, AFFA məmurlarının yanlış yollarla addımlamaq strategiyası inkişaf prosesini ləngidib, şəxsi mənafelərin güdazına gedən millinin dərdinə hələ də çarə tapılmayıb. Nə 2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilib, nə də ondan sonrakı dönəmdə futbol qurumundakı əsas söz sahibləri qaranlıqdan işığa aparan cığırı tapa biliblər.

Bəlli, Azərbaycan futbolunu bataqlıqdan çıxarmaq mümkündür. Sadəcə, indikindən ən azı iki dəfə yaxşı milli formalaşdırmaq bacarıqsızlığını ört-basdır etmək naminə ictimaiyyətə qucaq-qucaq yalanlar sırıyanların görə bilmədiyi işdir. "Azərbaycanda futbol yoxdur", "bizdə oyunçu yetişmir", "futbol güləş deyil ki, bu idman növünü 10-15 ilə yeni səviyyəyə çatdırmaq mümkün ola" və sair kimi absurd fikirlərlərlə ictimaiyyəti hipnoz etmək cəhdləri isə yumşaq desək, gülüncdür.

Biz necə milli istəyirik?

Təbii, Azərbaycan seçməsinin qısa müddətdə Almaniya, İtaliya, İngiltərə səviyyəsinə qaldırmaq iddiası utopiyadan başqa bir şey deyil. Amma "idmanın şahı"na ayrılan böyük pullar qarşılığında elə mövcud infranstruktur və futbolçu resursları ilə də döyüşkən, sabit kollektiv formalaşdırmaq olar. Yığmanın komandaya bənzəməsi üçün yuxarıda da qeyd etdiyimiz kimi, işlək sistem tətbiq edilməli, AFFA prezidentindən qapıdakı mühafizəçiyə qədər hamı bir məqsəd uğrunda mübarizə aparmalıdır. Bəlli məsələdir ki, texniki heyətin işinə müdaxilələr olmamalı, futbol məsələləri bu işi ölkədə hamıdan yaxşı bilənlərə tapşırılmalıdır. Bəli, biz hər şeydən öncə vəzifə davasına çıxan qeyri-futbol adamlarının zərərsizləşdirilməsini, bu idman növünün kimlərinsə "kreslo"da daha çox qalmaq hədəfinə qurban verilməməsini arzulayırıq. İstəyimiz də reallıqla düz mütənasibdir: öz dəsti-xətti, milli ruhu olan, yersiz müdaxilələrdən birdəfəlik qurtulmuş komanda...

Qurban Qurbanov milliyə!

Ortada "Qarabağ" nümunəsi var. Mərhələli inkişafın, daxili birliyin, rəhbərliyin məşqçilər korpusunun işinə qarışmamasının və çox istedadlı mütəxəssisin - Qurban Qurbanovun məharətinin nəticəsi. Ağdam təmsilçisinin hansı çətinliklərdən keçdiyi, doğru yolu necə tapdığı, Avropa səhnəsinə necə çıxdığı, illərdir gördüyümüz sabitliyi necə qoruduğu haqda çox şey danışmaq olar. Doğrudur, klub futbolu ilə milli arasında müəyyən fərqlər var. Lakin ölkə futbolunun aynasının - yığmanın çiçəklənməsi üçün bacarıqlı mütəxəssis və düzgün olduğu şübhə doğurmayan sistem varsa, əlavə arqumentlər axtarmaq yersizdir. Apreldə keçiriləcək seçkilərdən sonra AFFA prezidenti postunu kimin tutacağından asılı olmayaraq, Qurbanov amilindən faydalanmaq prioritet hədəf seçilməlidir. Reallıq budur ki, sözügedən şəxs ölkənin bir nömrəli futbol mütəxəssisidir və onun təcrübəsindən yararlanmamaq olmaz. 

Hə, Qurban bəy bir neçə il öncə də milliyə baş məşqçi təyin edilmiş, düzgün saydığı inkişaf modelinin tətbiqinə başlamışdı. Sonradan özünün də etiraf etdiyi kimi, AFFA-da birliyin olmaması hər şeyin yarımçıq qalmasını şərtləndirdi... Gözlədiyi dəstəyi almayan azərbaycanlının gedişindən sonra yaxşıya doğru heç nə dəyişmədi. Yenə təsadüfi uğur işartıları, uzun sürən qələbəsizlik seriyaları, hər matçda başqa təsir bağışlayan milli izlədik. 

Qurbanova yalnız əsas yığma tapşırılmamalı, bütün yaş qrupları üzrə millilər bu adamın nəzarətinə verilməlidir. Yeni AFFA prezidenti və digər başbilənlər isə "Qarabağ" rəhbərliyinin yolu ilə getməli, özlərinə aid olmayan futbol məsələlərinə müdaxilə etməməlidirlər. Qurban bəy "Qarabağ"dakı işini davam etdirmək şərti ilə milli futbola çox şey verə və yığmalardakı əsas söz sahibi qismində Azəarbaycan futbolunu işıqlı  gələcəyə daşıya bilər. Gerçəkliklə hesablaşmaq, təkəbbürdən əl çəkmək, Qurbanov simasının ətrafında cəmləşmək ən ciddi perspektiv vəd edən yeganə variantdır.

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
21:03

AL: "Qarabağ" - "Vestri" matçında ikinci hissə start götürür - YENİLƏNİR

20:54

"Barselona"dan ilin transfer bombası

20:21

Emre Mor karyerası ilə bağlı yekun qərarı verdi

19:48

"Qalatasaray" İngiltərədə transfer ovunda

19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X