Birinci Liqanın 19-cu turunda "Araz Saatlı" "Mingəçevir"i qəbul edib. Görüş meydan sahibilərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Araz Saatlı"nın baş məşqçisi Rüfət Quliyev Fanat.Az-a açıqlamasında oyunla bağlı fikirlərini bildirib:
"Bu qələbə bizə çox lazım idi. Qış fasiləsindən sonra komanda güclənib. Yaxşı hazırlıq keçmişdik, amma nəticə yox idi. Oyun planında də dəyişikliklər etmişdik. Nəticə özünü göstərdi. Bu, gənclərin qələbəsidir. Komanda üzvlərini təbrik edirəm. Bir günlük istirahətdən sonra növbəti oyunun hazırlığına başlayacağıq. Gələn oyunda da qələbə üçün çalışacağıq".
Nahid Ustaclı