"Turan Tovuz" klubunda gözlənilməz istefa reallaşıb.
Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Ayxan Abbasovla yollar ayrılıb.
Bu barədə qərb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub ona göstərdiyi xidmət üçün təşəkkür edib və karyerasında uğur arzulayıb.