"Səbail" baş məşqçisi Şahin Diniyevlə müqavilə yeniləyib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis daha bir il Bakı təmsilçisinin "sükanı arxası"nda olacaq.
Qeyd edək ki, Diniyev 2022-ci ildən "Səbail"in baş məşqçisidir. Komanda Premyer Liqada son mövsümü 42 xalla 7-ci pillədə bitirib.