Futbol üzrə Azərbaycan I və II Liqasının başlama tarixləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
II Liqa sentyabrın 1-də start götürəcək. I Liqa isə bundan 10 gün sonra – 11 sentyabrda başlayacaq.
I və II Liqasında 2024/2025 mövsümünün püşkatma mərasiminin də vaxtı bəllidir. Mərasim avqustun 13-də AFFA-nın inzibati binasında, saat 15:00-da başlayacaq.