Misli Premyer Liqasının ilk turunda səfərdə "Neftçi" ilə qolsuz heç-heçə edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev oyunla bağlı fikurlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, "boz qurdlar"ın çalışdırıcısı qismində keçirdiyi ilk rəsmi görüşdən sonra baş tutan mətbuat konfransında belə danışıb:
“Çətin oyun olacağını bilirdik. “Neftçi” çox yaxşı komandadır. Bu oyun bizim çatışmayan və üzərində işləməli olduğumuz cəhətlərimizi üzə çıxardı. Ümümi olaraq futbolçuların çalışqanlığından və oyun boyu hər epizodda apardıqları mübarizədən razı qaldım. Yaxşı atmosfer var idi. Bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu, bizim üçün vacibdir”.