"Araz-Naxçıvan" heyətinə yeni oyunçu cəlb edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Slavik Alxasovla mövsümün sonuna qədər müqavilə imzalanıb.
31 yaşlı müdafiəçi müxtəlif illərdə “Sumqayıt”, “Xəzər Lənkəran”, “Sabah”, “Keşlə”/ “Şamaxı”, “Zirə”, “Turan Tovuz” klublarında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ramon Maçado, Ömər Buludov, Benny, Felipe Santos, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.