"Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində evdə "Qarabağ"a qarşı keçirəcəkləri matçdan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 69 yaşlı mütəxəssis belə danışıb:
"Qarabağ" beynəlxalq təcrübəyə malik, böyük klubdur. Bizim də heyətimiz genişdir. Bernard Tekbetey zədəli olsa da, digər futbolçularla mübarizə aparacağıq. Rəqib komandanın oyunçularını indi daha yaxşı tanıyırıq. Onlar çox rahat oynaya bilir və qol vurmağı bacarırlar".
Qeyd edək ki, "Ludoqorets" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan ilk görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.