UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstan çempionu "Ludoqorets"i mübarizədən kənarlaşdıraraq (1:2, 7:2) pley-offa yüksələn "Qarabağ"ın nə qədər qazandığı bəlli olub.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi bu turnirin 4-cü təsnifat mərhələsində oynamaq hüququna sahib çıxdığı üçün 4,3 milyon avro (8 milyon manata yaxın) gəlir əldə edib.
Təmsilçimiz ÇL-in qrupuna düşməyi bacarsa, daha 18,62 milyon avro (35 milyon manata yaxın) qazanacaq. Ağdam klubu pley-offdakı rəqibini - Zaqreb "Dinamo"sunu keçmək işinin öhdəsindən gəlməyəcəyi təqdirdə, UEFA Avropa Liqasının qrupunda oynayacaq və buna görə Azərbaycan çempionunun büdcəsinə 4,3 milyon avro (8 milyon manata yaxın) vəsait köçürüləcək.
Nihat