
Misli Premyer Liqasının 4-cü turu çərçivəsində bu gün "Səbail"in qonağı olacaq "Kəpəz" meydana itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayev deyib:
"Cəzalı futbolçumuz yoxdur. Qapıçı Rojerio Santos və yarımmüdafiəçi Tural Rzayev zədə səbəbindən oynamayacaq. Digər yarımmüdafiəçi Redon Mihananın isə meydana çıxıb-çıxmayacağı bəlli deyil".
Qeyd edək ki, “ASCO Arena”da baş tutacaq qarşılaşma 19:00-da başlayacaq.
Nihat