“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 4-cü turu çərçivəsində “Sumqayıt”la qarşılaşmanı şərh edib.
Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis komandasının 3:1 hesablı qələbəsini belə dəyərləndirib:
“Hesabda ilk geri düşdükdən sonrakı 10-15 dəqiqə ərzində özümüzə inamı itirdik. Birinci hissənin sonunda fərqlənməyə çalışdıq, ancaq bir çox qol fürsətlərimizi reallaşdıra bilmədik. Ümumiyyətlə isə hücumda keyfiyyətli oyun nümayiş etdirdik, 2 qol vurduq. Bu gün qələbəyə layiq idik. “Sumqayıt” heç bir qol fürsəti yaratmadı. Daha çoxunu edə bilərik, addım addım irəliləməliyik”.