AFFA İntizam Komitəsi "Kəpəz" klubunun analitiki İlkin Verdiyevi cəzalandırıb.
Fanat.Az xəbər verir ki, buna onun Misli Premyer Liqasının 4-cü turunda “Səbail”lə səfər oyunundakı davranışı səbəb olub.
Verdiyev matç bitdikdən sonra KİV nümayəndəsinin çəkiliş aparmasına mane olub və ona fiziki təzyiq göstərməyə cəhd edib.
İntizam Komitəsi İlkin Verdiyevi ikisi şərti olmaqla 5 oyun cəzalandırıb, “Kəpəz” klubu isə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Qeyd edək ki, qarşılaşma "Səbail"in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.